Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - FOTO - VİDEO
Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.
Azerimedia.Az xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.
Videoya baxmaq üçün linkə daxil olun
Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:
Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib. Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.
Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur".

Bu gün, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bu gün, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Bu gün, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Bu gün, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Bu gün, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Bu gün, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Bu gün, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Bu gün, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Bu gün, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Bu gün, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
Dünən, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
Dünən, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
Dünən, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Dünən, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
Dünən, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Dünən, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı
Dünən, 10:56
Ən şərəfli peşə sahibi
Dünən, 10:34
Baş nazir bu universitetlərlə bağlı qərar verdi
Dünən, 10:31
Milli Qəhrəmanın müəllim atası Müəllimlər Günündə VƏFAT ETDİ
Dünən, 10:15
Əli Əsədovdan duracaq və qarajlarla bağlı qərar
Dünən, 10:00
XİN-dən dron hücumunda həlak olan Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA
Dünən, 09:00
Ukrayna Moskvanı vurdu - ÖLƏN VAR
5-10-2026, 17:30
Havalar soyudu: Evlərə istilik vaxtından əvvəl veriləcək? - RƏSMİ
5-10-2026, 16:58
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
5-10-2026, 16:50
Azərbaycanda tauna yoluxan var?
5-10-2026, 16:20
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın: Ölənlər var - Foto/Video