Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
Cəmiyyət
12 avq 2026 | 15:08
Naxçıvan şəhərində yeni istifadəyə verilən avtobus parkında 222 nəfər işlə təmin olunub".

Azerimedia.Az "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva deyib.

Onun sözlərinə görə, inşasına ötən ilin dekabrında başlanılan avtobus parkı 2.72 hektar ərazini əhatə edir. Parkda inzibati bina, təmir və yuma mərkəzləri yaradılıb. Burada 112 avtobusun, o cümlədən elektrik avtobuslarının fəaliyyəti üçün zəruri şərait yaradılıb:

"Naxçıvan şəhərində sərnişinlərin istifadəsinə Azərbaycanda istehsal olunan 60 ədəd BYD markalı elektrik avtobusu təqdim edilib. 53 sərnişin tutumuna malik avtobusların fasiləsiz fəaliyyətini təmin etmək üçün 16 elektrikdoldurma stansiyası quraşdırılıb. Tam elektrikdoldurma ilə avtobuslar təxminən 200 kilometr məsafə qət edə biləcək. İlk mərhələdə 9 marşrut xətti üzrə avtobusların fəaliyyətə başlaması nəzərdə tutulur. Marşrut və dayanacaqların optimallaşdırılması istiqamətində də işlər görülüb".

Ə.Əliyeva bildirib ki, Naxçıvan şəhərində bütün avtobuslarda ödənişlər tamamilə nağdsız həyata keçiriləcək: "Sərnişinlər "CityCard" və "BakıKart", həmçinin "Google Pay", "Apple Pay", "BakıKart" mobil tətbiqinin QR-kodu və istənilən bank kartından istifadə edə biləcəklər".

O, parkda avtobusların yuyulması üçün müasir sistemin qurulduğunu da vurğulayıb:

"Bir avtobusun yuyulmasına orta hesabla 3-6 dəqiqə vaxt sərf olunur. İstifadə edilən suyun 85 faizi filtrasiya olunaraq yenidən dövriyyəyə qaytarılacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Bu gün, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Bu gün, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
Bu gün, 16:30
Kolumbiyada matəm elan olundu
Bu gün, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
Bu gün, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
Bu gün, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
Bu gün, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
Bu gün, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
Bu gün, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
Bu gün, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
Bu gün, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
Bu gün, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
Bu gün, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
Bu gün, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
Dünən, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
Dünən, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
Dünən, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
Dünən, 13:37
Uitkof: İlham Əliyev milli maraqları, regional sabitliyi başa düşən lider kimi heyran etdi
Dünən, 13:30
Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
Dünən, 13:25
"Fənərbağça" hücum xəttinə ulduz futbolçu gətirir - FOTO
Dünən, 13:16
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
Dünən, 13:00
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Dünən, 12:34
Dünyada "Gunra" virusu yayılır: ABŞ və Cənubi Koreya hüquq mühafizə orqanları hərəkətə keçdi
Dünən, 12:30
Meteohəssas insanların NƏZƏRİNƏ
Dünən, 12:00
Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Dünən, 10:23
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
Dünən, 09:58
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ