İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
Siyasət
12 avq 2026 | 10:27
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azerimedia.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub. Bu məbləğdən 66 milyon manatı Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15.6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə, 70 milyon manatı ümumilikdə 156.3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, 25 milyon manatı Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, 15 milyon manatı Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə, 20 milyon manatı Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, 53 milyon manatı şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, 9 milyon manatı Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə ayrılıb.

Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunub, o cümlədən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında", "Naxçıvan Sənaye Parkının yaradılması haqqında", "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı və sərəncamları qəbul edilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilib.
Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilib, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılıb.

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb və hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır.

Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq "Naxçıvan", 154/110/10 kV-luq "Babək", Culfa rayonunda 132/110/10 kV-luq "Culfa" və Babək rayonunda 110/35/10 kV-luq "Çeşməbasar" elektrik yarımstansiyalarının inşası başa çatdırılıb və 400/330/110 kV-luq "Naxçıvan çevirici qovşaq" yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.

Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan "Şəms 1" və "Üfüq" günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan "Ordubad" və 15.6 MVt olan "Tivi" su elektrik stansiyalarının inşası davam etdirilir.

Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194.2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.

Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.
Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Bu gün, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN