Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video
Cəmiyyət / Şikayətlər
12 noy 2026 | 17:02
Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video
Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Azerimedia.Az xəbər verir ki, hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şagirdin atası Məmməd Vəliyev Baku TV-nin qaynar xəttinə müraciət edərək məktəb rəhbərliyinin hadisədən sonra nümayiş etdirdiyi münasibətdən şikayətlənib.

"Övladımı təhsil almaq üçün məktəbə göndərdim, lakin uşağımın üzərinə orada benzin tökərək yandırıblar", - deyə Məmməd Vəliyev həmin hadisəni xatırlayıb.

Onun sözlərinə görə, hadisədən yeddi ay keçməsinə baxmayaraq, məktəbin direktoru Samir Mehdizadə, sinif rəhbəri və psixoloq uşağın səhhəti ilə maraqlanmayıb, ailəyə hər hansı dəstək göstərməyiblər.

Samir Mehdizadə bir dəfə də olsun gəlib qapımızı döyməyib ki, ay Murad, bu nə hadisədir gəlib sənin başına? Ölmüsən, qalmısan, nə kömək lazımdır sizə? Heç veclərinə də deyil, elə bil belə də olmalı idi", - deyə şikayətçi bildirib.

Atanın iddiasına görə, hadisə zamanı məktəb direktorunun müavini və sinif rəhbəri ərazidə olsalar da, uşağa yardım göstərməyiblər. Sinif yoldaşının yandığını görərək ona kömək etməyə çalışan Ayaz Quluzadə də yanıq xəsarətləri alıb.

Mayın 26-dək reanimasiyada müalicə alan uşağın sonrakı müalicəsini ailəsi ev şəraitində davam etdirib. M.Vəliyev bildirib ki, sentyabrın 13-dək övladının sarğılarını özü dəyişib, hazırda isə uşağın müalicəsi Türkiyədə davam etdirilir

Dünən, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
Dünən, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
Dünən, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
Dünən, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
Dünən, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
Dünən, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
Dünən, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
Dünən, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
Dünən, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
Dünən, 10:09
Sumqayıtda yol çökdü
Dünən, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
Dünən, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
Dünən, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir
19-11-2026, 17:24
Tanınmış dərman şirkəti Azərbaycandan gedir
19-11-2026, 17:06
Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub
19-11-2026, 16:28
Bakıda və rayonlarda sabah külək güclənəcək
19-11-2026, 16:09
35 ildən sonra yenidən Xankəndinin oyununda