Təbrik edirik!
Cəmiyyət
9 yan 2024 | 09:38

Hörmətli Səyavuş Əsgərov!
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik etməkdən qürur duyuruq. 70 yaşınız mübarək. Keçdiyiniz keşməkeşli yollarda qazandığınız nailiyyətlər göz qabağındadır. Çalışdığınız kollektivdə böyük hörmətə layiq bir insan olduğunuz göz qabağındadır.
Qeyd etmək lazımdır ki, Səyavuş müəllim uzun illərdir “Xudafərin” şadlıq sarayının müdiri işləyir. Bu şadlıq sarayında dəfələrlə xeyriyyə işləri keçirmiş, imkansız media və vətəndaşlarımıza əl tutmuş, sayı-hesabı bilinməyən savab işlər görmüşdür. Və ən əsası da odur ki, bütün bunları özünü reklam etdirmədən həyata keçirmişdir.
Xüsusi olaraq qeyd edim ki, kifayət qədər sayda cəbrayıllımız və digərləri bu şadlıq sarayında fəaliyyət göstərir, gündəlik çörəkpulu qazanır, ailəsini dolandırır...
P.S. Həmyerlimiz Səyavuş Əsgərov hər zaman şəhid ailələrinin və qazilərinin qayğısına qalan bir xeyriyyəçi insan kimi Cəbrayıl sakinlərinin arasında özünə hörmət qazanmışdır.
Bu münasibətlə həmyerlimiz, Cəbrayılımızın fəxri Səyavuş müəllimi ürəkdən təbrik edirik.
Gözəl insan 70 yaşın mübarək olsun. Yubiley yaşınız uğurlu düşərli olsun. 2024-ci il sizə uğur gətirsin. O gün olsun xeyriyyəçi kimi səsin –sorağın doğma yurd yerlərindən gəlsin. Nəcib əməllərini, xeyirxah işlərini Cəbrayılımızda el-obamızda davam etdirəsən.
Allah sizi qorusun!

Böyük ürək sahibi


Böyük ürəyin var, qəmli olmasın,
Qəlbinə qəm-kədər qüssə dolmasın.
Həyat gülüzarında gülün solmasın,
Gün olsun yüz yaşa dolasan, Səyavuş.

Qoymadın bir kimsə çəksin əzabı,
Bir gün sorulacaq haqqı-hesabı.
Hər bir yaxşılığın olur savabı,
Həmişə bəxtəvər olasan, Səyavuş.

Bu xalqa xidmətdə sadiq qalmısan,
Sən də ilhamını xalqdan almısan.
Sən bir çox insana layiq olmusan,
Bu dünya durduqca qalasan, Səyavuş.

Sənində qəlbində var arzu-dilək,
Dəyməsin, daşlara bir arzun gərək.
Kasıba, yetimə etmisən kömək,
Əvəzin Allahdan alasan, Səyavuş.


Hörmətlə;
Cavad Həsənli,
Rəşad Behbudov,
Ağamir Nəcəfoğlu,
Bəhruz Beyləqanlı.

Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Dünən, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Dünən, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Dünən, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Dünən, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Dünən, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Dünən, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Dünən, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Dünən, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Dünən, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Dünən, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Dünən, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Dünən, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Dünən, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Dünən, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
6-10-2026, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
6-10-2026, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
6-10-2026, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
6-10-2026, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
6-10-2026, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
6-10-2026, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
6-10-2026, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı