DYP səyahət turları təşkil edənlərə müraciət ünvanlayıb
Cəmiyyət
6 iyn 2024 | 10:00
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən şəxslərə müraciət edib.

İdarədən verilən məlumata görə, hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır:

"Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin əksər hallarda, təəssüf ki, qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmələri xahiş olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görüləcək.

Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək".
Bu gün, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Bu gün, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Bu gün, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Bu gün, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Bu gün, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Bu gün, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Bu gün, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Bu gün, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Bu gün, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Bu gün, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Bu gün, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bu gün, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Bu gün, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Bu gün, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Bu gün, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Bu gün, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Bu gün, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Bu gün, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Bu gün, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Bu gün, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
Dünən, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
Dünən, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
Dünən, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Dünən, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
Dünən, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Dünən, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı