Gəncənin mərkəzi küçəsi illərdir PALÇIQ içindədir
Cəmiyyət / Şikayətlər
9 iyl 2024 | 14:00
"Mən yaşlı insanam. Evdən çıxıb mağazaya, bazara gedə bilmirəm. Hava qaraldı, ümumiyyətlə, gözüm seçmir deyə qapıdan çölə çıxmıram. Yollarımız bərbad gündədir. Yağış yağandan sonra ərazimiz bataqlıq olur. Bizə bir köməklik etsinlər. Bizim də ərazini asfaltlasınlar".

Bu fikirləri Bizim.media-ya Gəncənin mərkəzində, Zərifə Əliyevanın adını daşıyan küçənin sakinləri söyləyiblər. Şikayətləri isə uzun illərdir bu ərazidə qarşılaşdıqları problemdəndir. Onların sözlərinə görə, bu yaşayış sahəsində xeyli müddətdir abadıq işləri aparılmır. Digər sakinlər də bildirirlər ki, sonuncu dəfə Sovetlər dövründə bu əraziyə asfalt örtüyü salınıb. Daha doğrusu, neçə ildir aidiyyəti qurumlar bu yaşayış sahəsində yola, binaların qarşısına nəzarət etmirlər.

"XXI əsrdə məcburi rezin ayaqqabı və ya qaloş geyinirik"

Faiq Musayev 1988-ci ildən burada yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində bir dəfə də olsun binaları yerləşən ərazidə abadlıq işləri aparılmayıb, yollar düzəldilməyib. Leyla Qafarova isə yolların bərbad olmasının həm uşaqlara, həm də yaşlı nəslə böyük problemlər yaratdığını deyir:


"Biz uzun illərdir yağışlar yağanda, demək olar ki, evimizdən çölə çıxa bilmirik. Şəhərin mərkəzində yaşayırıq. XXI əsrdə məcburi rezin ayaqqabı, qaloş geyinirik. Uşaqları məktəbə göndəririk palçığın içindən keçib gəlirlər. Dəfələrlə müraciət etmişik. Baxan yoxdur", - deyə Qafarova əlavə edib.

"Kiminin ayağı, kiminin də qolu sınır..."

Tamella Qasımova da bu küçədə uzun illərdir yaşayır. Sözlərinə görə, əraziyə nəzarət edən, diqqət göstərən yoxdur. Yollar o qədər bərbaddır ki, maşınlar binaların qarşısına getməkdən imtina edirlər:

"Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik. Ərizələr yazmışıq, məktublar göndərmişik. Hər dəfə bir əncam çəkəcəklərini desələr də illərdi baxan yoxdur. Elə bil kənddə yaşayırıq. Heç kənd yolları da belə deyil. Orada da yollar asfaltdır. Bir bizim əraziyə baxan yoxdur. Çox xahiş edirik, bizə bu məsələyə kömək olasınız", - deyə şikayətçi əlavə edib.


Sakinlər deyirlər ki, məsələ ilə bağlı döymədikləri qapı qalmayıb. Hər dəfə də eyni sözlərlə vətəndaşları sanki yola verirlər. Günlər ötdükcə də burada yaranan yalaqlarda sakinlər yıxılır, kiminin qolu sınır, kiminin də ayağı... Yolların bərbad vəziyyətindən, palçıqlı havada xəsarət alanlardan biri də Aybəniz Əsgərovadır. O, 8 aydır binanın qarşısında yıxıldığını və qolunun sındığını deyir:

"Binanın qabağında yağışdan sonra palçıqda yıxıldım. Qolum sınıb. Aylardır əziyyət çəkirəm. Məndən başqa digər qonşular da yıxılıb xəsarət alıblar. Gəlib bu yolları düzəltsinlər", - deyə sakin əlavə edib.

"Uşaqlar futbolu palçığın içində oynayırlar"

Bu ərazinin problemləri bununla bitmir. Sakinlər şəhərin mərkəzində 6-7 binanın yerləşdiyi ərazidə uşaqlar üçün oynamağa bir meydançanın olmadığından da şikayətlənirlər. Hətta bu binalarda yaşayan azyaşlılar da palçıqdan, şəraitsizlikdən narazılıq edirlər. Adəm Nəsirov futbolu palçığın içində oynadıqlarını deyir:

"Bizim oynamağa yerimiz yoxdur. Binanın qabağı palçıqdır. Hamı yıxılır. Atam da yığılmışdı. Futbolu suyun içində oynayırıq", - deyə balaca Adəm şikayətlənir.

İcra hakimiyyəti yenə vəd verdi...

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həyata keçirilən "Abad məhəllə" layihəsi çərçivəsində şəhərdə olan çoxmənzilli yaşayış binalarının həyətləri mərhələli şəkildə abadlaşdırılır. Zərifə Əliyeva küçəsində yerləşən binaların ərazisi də qeydiyyata götürülüb və növbəsi çatanda bu ərazi də abadlaşdırılacaq.

Sakinlər isə dəfələrlə bu vədləri eşitdiklərini bildiriblər və problemlərinin həll olunmasına köməklik etməyimizi hamılıqla xahiş ediblər. Lakin biz media qurumu olaraq yalnız sakinlərin fikirlərini aidiyyəti təşkilatlara çatdırmaq imkanındayıq. Onlar necə addım atacaqlar, onu gələcək göstərəcək.
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub