POS-terminalı olmayan obyektlərə XƏBƏRDARLIQ – “6 min manat cərimə GÖZLƏYİR”
Cəmiyyət
26 iyl 2024 | 13:31
Bütün dünya artıq müasir dövrlə ayaqlaşmağa çalışsa da, ölkəmizdə bəzi obyektlərdə hələ də POS-terminal problemi davam edir. Hərçənd bəziləri ödənişi nağdsız şəkildə həyata keçirməkdən ötrü kartdan karta göndərmə üsuluna əl atsalar da, bu zaman da müəyyən nüanslar problemə çevrilir və hər iki tərəfin narazılığına səbəb olur.

Bəs POS-terminalı olmaayan obyektlər necə cəzalandırılır?
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilib:

“- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

- rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);

- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;

- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Vergi Məcəlləsinə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.
Dünən, 15:29
Ermənistanda əsgər yaralanıb: Müdafiə Nazirliyinin isə xəbəri yoxdur
Dünən, 15:24
Azərbaycan XİN Misirə başsağlığı verdi
Dünən, 14:50
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Dünən, 14:26
Pasportlarında "Azərbaycan" sözünü görən separatçılar İrəvanda aksiyaya başladılar
Dünən, 12:28
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Dünən, 12:10
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
Dünən, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Dünən, 11:30
Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı açıqlama
Dünən, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 11:10
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir - Foto/Video
Dünən, 10:21
Nizami rayonunda məktəblərə gedən yolda şagirdlərə təhlükə: Sakinlər şikayət edirlər - Video
Dünən, 10:20
Azərbaycan nümayəndələri Ermənistanda - Foto
25-11-2026, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
25-11-2026, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
25-11-2026, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25-11-2026, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
25-11-2026, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
25-11-2026, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
25-11-2026, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
25-11-2026, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
25-11-2026, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
25-11-2026, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
25-11-2026, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
25-11-2026, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
25-11-2026, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
25-11-2026, 09:30
AZAL bilet qiymətlərini endirdi
25-11-2026, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu