Aeroport yolunun üstündə torpaqlar satışa çıxarıldı - Ucuz qiymətə...
Cəmiyyət
6 sen 2024 | 15:00


Artıq illərdir ki, Bakıətrafı qəsəbələrdə torpaq sahələrinin satışı intensiv formada davam edir. Xüsusən, paytaxtda daha yaxın və infrastrukturu digərlərindən yaxşı olan Ramana, Əmircan, Biləcəri, Hövsan kimi qəsəbələrdə ev və torpaq satışı pik səviyyədədir. Bu tendensiya "aeroport yolu"nun üzərində özünü daha qabarış şəkildə göstərir.

Hazırda daşınmaz əmlaklarla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olsa da, sözügedən qəsəbələrdə yerləşən torpaq və evlərə böyük tələbat var. Paytaxtın mərkəzi rayonlarında intensivləşən söküntüləri və rayonlardan Bakıya davamlı axını nəzərə alsaq, tendensiyanın hələ uzun illər davam edəcəyini demək çətin deyil. Bakının mərkəzinə yaxın olan qəsəbələrdə yerləşmə yerindən, sənədləşmə növündən və istifadə təyinatından asılı olaraq, müxtəlif qiymətə torpaqlar mövcuddur.

Azerimedia.az Yenisabah.az ən çox tələb görən başlıca qəsəbələrdəki torpaq qiymətlərini araşdırıb. Nəticələrə əsasən, bu qəsəbələrdə torpaq sahələrinin qiyməti minimum 15-20 mindən (1 sot) başlayır. Əlverişli ərazidə yerləşməsi, sənədlərinin və təyinatının qaydasında olması isə əmlakın dəyərini daha da artırır. Ümumi müşahidələrimiz onu göstərir ki, hazırda ən çox tələbat Hövsan, Ramana, Masazır və Biləcəri qəsəbələrindədir. Hövsan istiqamətində tıxacın olmaması, Masazır, Biləcəri və Ramana qəsəbələrinin isə metro qovşağına yaxın olması səbəbindən iş və təhsillə bağlı mütəmadi mərkəzə getməli olan vətəndaşlar daşınmaz əmlakı məhz buradan almağa üstünlük verirlər.

Lakin qarşımıza çıxan elanlar arasında olduqca ucuz təklif olunan torpaq sahələri də oldu. 1 sotu 3-10 min arası satışa çıxarılan belə torpaqlar ilk baxışda digərlərindən heç də fərqlənmir. Marağımızı cəlb edən nüansları öyrəmək üçün aidiyyəti realtorlara müraciət etdik. Onların bildirdiyinə görə, bu tip torpaqların ucuz olmasının başlıca 2 səbəbi var. Birincisi, ucuz təklif olunan torpaq sahələrinin sənədləşməsində olduqca ciddi problemlər mövcuddur və indiki şəraitdə, yeni qanunvericilik şərtlərinə əsasən, belə ərazilərdə ev tikmək müşkül məsələdir. İknci səbəb isə, torpaq sahəsinin əsas yollardan, sosial obyektlərdən (market, məktəb, baxça və xəstəxana kimi) xeyli uzaqda yerləşməsidir. Realtorların dili ilə desək, “bu torpaqların qiyməti elə budur”.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start