Sosial mediadan tez-tez istifadə həddindən artıq əsəbilik yaradır ARAŞDIRMA
Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin Kəmiyyət Sağlamlığı Mərkəzinin tədqiqatçıları ABŞ-dakı böyüklər arasında sosial media istifadəsi ilə əsəbilik arasındakı əlaqəni təhlil ediblər. Araşdırma, xüsusilə, aktiv paylaşımlar edən istifadəçilərdə sosial mediadan tez-tez istifadənin həddindən artıq əsəbilik, stress ilə əlaqələndirildiyini ortaya qoyub.
Azerimedia.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, əvvəlki tədqiqatlar, əsasən, sosial media istifadəsinin depressiv simptomlarla əlaqəsini araşdırsa da, bu tədqiqat əsəbilik kimi mənfi emosiyalara daha geniş diqqət yetirib. Qəzəb və məyusluq meyilləri kimi təyin olunan əsəbilik, funksional pozğunluqlar, psixi sağlamlıq problemləri və hətta intihar davranışları ilə əlaqələndirilir.
Araşdırma “JAMA Network Open” jurnalında “ABŞ Yetkinlərində Əsəbilik və Sosial Media İstifadəsi” başlığı ilə dərc olunub. Sorğu 2023-cü il noyabrın 2-də - 2024-cü il yanvarın 8-də həyata keçirilib və 42 min 597 iştirakçının məlumatları təhlil olunub. Sorğuda sosiodemoqrafik göstəricilər, sosial media istifadəsi və əsəbiliklə bağlı məlumatlar toplanıb. İştirakçılar əsəbilik əlamətlərini qiymətləndirmək üçün “Qısa qıcıqlanma testi” (BITe) keçiblər. Bu testdə mümkün nəticələr 5 ilə 30 arasında dəyişir; yüksək ballar daha yüksək əsəbilik səviyyəsini göstərir. Təhlil zamanı depressiya və narahatlıq kimi psixoloji simptomlar da nəzərə alınıb. İştirakçıların orta yaşı 46, cinsiyyət bölgüsü isə belə olub - 58,5 faiz qadın, 40,4 faiz kişi. Sorğuda iştirak edənlərin 78,2 faizi gündəlik ən azı bir sosial media platformasından istifadə etdiyini bildirib. Sosial mediadan tez-tez istifadə edənlərdə daha yüksək əsəbilik skorları qeydə alınıb. Məsələn, günün çox hissəsini sosial mediada keçirən istifadəçilərin BITe skorları, tənzimlənməmiş modellərdə, 3,37 bal daha yüksək olub. Depressiya və narahatlıq kimi faktorlar nəzərə alınsa belə, bu fərq 1,55 bal səviyyəsində qalıb. Analiz sosial media platformalarında yerləşdirmə tezliyi ilə əsəbilik arasında “doza-cavab” əlaqəsini göstərib. TikTok istifadəçiləri arasında gündə bir neçə dəfə paylaşım edənlər ən yüksək əsəbilik skorlarına sahib olub. Tez-tez siyasi paylaşımlar edən və ya siyasi xəbərləri istehlak edən istifadəçilərdə də yüksək əsəbilik müşahidə edilib. Bununla belə, siyasi xəbərləri çox yaxından izləməmək əsəbilik səviyyəsinin bir qədər azalması ilə əlaqələndirilib. Həddən artıq sosial media istifadəsi səviyyəsi, xüsusilə də tez-tez paylaşımlar, böyüklər arasında artan əsəbiliklə əlaqələndirilib. Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, əsəbiliyin həm sosial media istifadəsini artıran, həm də sosial media istifadəsindən qaynaqlanan bir hal ola biləcəyi irəli sürülüb. Əldə edilən nəticələr ictimai sağlamlıq strategiyalarının inkişaf etdirilməsi və müdaxilə yollarının tapılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayır.
Dünən, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Dünən, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Dünən, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Dünən, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Dünən, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Dünən, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Dünən, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Dünən, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Dünən, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Dünən, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dünən, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Dünən, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Dünən, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Dünən, 09:30
AZAL bilet qiymətlərini endirdi
Dünən, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
24-11-2026, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
24-11-2026, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
24-11-2026, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
24-11-2026, 14:20
Metronun iş vaxtı dəyişdirilir
24-11-2026, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
24-11-2026, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
24-11-2026, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
24-11-2026, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
24-11-2026, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
24-11-2026, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
24-11-2026, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
24-11-2026, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
