Müəllimdən şikayət: "Hər il imtahan verməkdən bezdik"
Cəmiyyət
19 fev 2025 | 09:30
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ilə bağlı adının çəkilməsini istəməyən müəllim redaksiyamıza müraciət edib.

Oxu.Az-a danışan müəllim qeyd edib ki, son üç il ərzində iki turdan (mərhələdən) ibarət vakant yerlər elan olunur:

"Bu vakant yerlər də az olur. Gənclərə üstünlük veriləcəyini deyirlər, amma ortada nəsə yoxdur. Mən hər il imtahan verməliyəm ki, müqaviləm yenilənsin, müxtəlif məktəblərdə işlə təmin olunum. Bu isə həm bizim, həm də şagirdlər üçün əziyyətdir. Şagird hər il başqa müəllimi görür. Əvvəl sentyabr ayında vakant yerdə işlə təmin olunandan sonra aprel ayında şifahi imtahan verirdik, daimiləşdirirdilər. İndi tədris ili bitənə qədər çalışırıq, sonra yenidən imtahan verməliyik, balımız da qüvvədən düşür.

Bunu ona görə edirlər ki, guya rüşvətlə müqaviləsini daimiləşdirənlər var. Az bal yığan müəllim niyə boş yerə çağırılır? Əslində, az bal yığan müəllim sosial məzuniyyət yerinə, yüksək bal yığan isə boş yerə çağırılmalıdır ki, orada daimiləşə bilsin. Az müəllim işlə təmin olunsun, vakant yer növbəti ilə qalsın deyə, bu addımı atıblar. Məsələn, 3 il məni işlədirlər, iki il başqasını və bu intervalla davam edirlər, ömrümüz gedir.

Müəllimlərin 90 faizi müddətli əmək müqaviləsi ilə işləyir. Xüsusilə gənc müəllimlər nə vaxt daimiləşəcəklər?"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentlindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul aparılır:

"Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər buraxılır. Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçirilir".
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start