Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR
Cəmiyyət
21 fev 2025 | 10:59
Ölkə ərazisində fevralın 24-ü gündüzədək hava şəraitinin dəyişəcəyi və fasilələrlə yağıntılı olacağı ilə bağlı xəbərdarlıq edilib.

Sinoptiklər bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 7-10 dərəcə enəcəyini bildiriblər.

Gözlənilən soyuq və şaxtalı hava şəraiti xüsusilə sürücülər üçün təhlükə yarada bilər. Yol şəraiti çətinləşəcəyinə görə təhlükəsizlik tədbirlərinin ön planda olması vacibdir.

Bəs sürücülər avtomobillərini şaxtalı havaya uyğun necə hazırlamalı və təhlükəsiz sürüş üçün nələrə xüsusi diqqət etməlidirlər?

Bununla bağlı tanınmış avtomobil mütəxəssisi və mühəndis-layihəçi Elçin Abbasov təhlükəsiz sürüş üçün vacib məqamları qeyd edib.

E.Abbasov qeyd edib ki, şaxtalı və qarlı hava şəraitində ilk növbədə yolun vəziyyətinə diqqət yetirilməlidir:

"Dağlıq ərazilər və ya yağıntıların çox olduğu bölgələrə səfər edərkən qış təkərlərindən istifadə etmək önəmlidir. Temperaturun +7 dərəcədən aşağı olduğu şəraitdə qış təkərləri həm sürüşmənin qarşısını alır, həm də təkərin asfalta yatmasını yaxşılaşdırır. Əlavə olaraq, təkər zəncirləri sürüşkən yollarda təhlükəsiz sürüşü təmin etməyə kömək etməklə yanaşı, manevr etməyi də asanlaşdırır.


Əlbəttə ki, təkərlərin hava təzyiqini düzgün yoxlamaq və onların aşınma vəziyyətini mütəmadi izləmək də yaddan çıxmamalıdır".

"Akkumulyator və yağların vəziyyəti də şaxtalı havalarda mühüm rol oynayır. Akkumulyatorun xüsusi avadanlıqla yoxlanması, yağların istehsalçı tövsiyələrinə uyğun olaraq dəyişdirilməsi vacibdir. Bu mövsümdə, istehsalçının tövsiyələri daxilində, mümkün qədər duru yağlardan istifadə etmək faydalıdır. Məsələn, deyək ki, bir avtomobilə istehsalçı "5w-30" yağı da tövsiyə edir, "0w-30" yağı da. Belə olan halda sizin daha duru olan "0w-30" yağından istifadə etməniz tövsiyə olunur", - deyə mütəxəssis bildirib.



E.Abbasov antifrizin vəziyyətinin mütəmadi qaydada yoxlanmalı olmasını da vurğulayıb:

"Sadə dillə desək, yaşıl rəngdə olanlar iki ildən, digərləri isə beş ildən bir dəyişdirilməlidir".



"Faraların və əyləc sisteminin düzgün işləməsi təhlükəsiz sürüş üçün əhəmiyyətlidir. Şaxtalı hava şəraitində yollarda işıqlandırma zəifləmiş ola bilər, buna görə də faraların düzgün işlədiyindən əmin olmaq vacibdir. Tormozlama məsafəsinin uzanacağı nəzərə alınaraq, əyləc sisteminin vəziyyəti də müntəzəm yoxlanmalıdır.

Sonda bir məsələni də yada salım ki, sürücülər avtomobilin qızdırıcısının işləkliyini yoxlamağı, şüşəni silmək üçün donmayan mayedən istifadə etməyi və köhnə silgəclərin vəziyyətini yoxlamağı unutmamalıdırlar. Yol kənarında qalma hallarında soyuq hava şəraiti müəyyən çətinlik yarada bilər, buna görə də qida, su, fənər və ilk yardım dəstinin avtomobildə olmasında da fayda var", - deyə E.Abbasov vurğulayıb.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start