Uşaqlar üçün ən sağlam içkilər su və süddür
Cəmiyyət
25 fev 2025 | 16:15

Uşaqlar və yeniyetmələr üçün ən sağlam içki seçimləri barədə araşdırmalar göstərir ki, su və pasterizə edilmiş inək südü ən uyğun variantlardır. Bu nəticə Sağlam Qidalanma Araşdırması proqramı çərçivəsində təşkil olunan ekspert panelinin tövsiyələri əsasında müəyyənləşib. Paneldə ABŞ Qidalanma və Pəhriz Akademiyası, Amerika Uşaq Stomatologiya Akademiyası, Amerika Pediatriya Akademiyası və Amerika Ürək Assosiasiyası kimi nüfuzlu təşkilatların mütəxəssisləri iştirak ediblər. Tövsiyələr beş aylıq elmi araşdırmanın nəticələrinə əsaslanır.

Azerimedia.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, ekspertlərin bildirdiyinə əsasən, su orqanizmin nəmlənməsi üçün əsas içki olmalıdır. Uşaqların yaşına və cinsinə görə gündəlik su istehlakı 16-88 unsiya (təxminən 0,5 – 2,6 litr) arasında dəyişə bilər. Xüsusilə, adi suya üstünlük verilməsi tövsiyə olunur, çünki o, ekoloji cəhətdən daha əlverişlidir. Üstəlik, adi kran sularında dişləri qoruyan flüor mövcuddur. Mütəxəssislər adi pasterizə edilmiş südün (az yağlı və ya yağsız) uşaqlar üçün vacib qida mənbəyi olduğunu qeyd edirlər. Süd orqanizmin sağlam böyüməsi üçün lazım olan zülal, kalsium və D vitamini kimi vacib qidalarla zəngindir. 100 faiz meyvə və tərəvəz şirələrinin bəzi hallarda məqbul olduğu bildirilsə də, yüksək şəkər və kalori miqdarına görə onların istehlakının məhdudlaşdırılmalı olduğu diqqətə çatdırılır. Badam və yulaf kimi bitki əsaslı südlər isə bəzi əsas qida maddələrindən məhrum olduğu üçün adi südün yerinə yalnız tibbi ehtiyac olduğu halda istifadə edilməlidir. Eyni zamanda, ətirli və ya şirinləşdirilmiş süddən qaçınılması və ya az istehlak edilməsi tövsiyə olunur. Mütəxəssislər, həmçinin bildirirlər ki, şirinləşdirilmiş qazlı içkilər və idman içkiləri uşaqların və yeniyetmələrin sağlam pəhrizinin tərkib hissəsi olmamalıdır. Bu içkilərin tərkibindəki şəkər artıq çəkiyə, diş çürüməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Kofeinli içkilərin də uşaqlar üçün uyğun deyil, çünki onlar yuxu rejiminə, ürək sağlamlığına və psixi vəziyyətə mənfi təsir göstərə bilər.

Pediatrik diyetoloq, Qidalanma və Dietoloji Akademiyanın sözçüsü Emi Rid vurğulayır ki, uşaqlar üçün sağlam içkilər seçmək, sağlam qida seçmək qədər vacibdir. Valideynlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər ki, uşaqların düzgün qidalanma vərdişləri formalaşsın.
Dünən, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Dünən, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Dünən, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Dünən, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Dünən, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Dünən, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Dünən, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Dünən, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Dünən, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Dünən, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dünən, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Dünən, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Dünən, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Dünən, 09:30
AZAL bilet qiymətlərini endirdi
Dünən, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
24-11-2026, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
24-11-2026, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
24-11-2026, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
24-11-2026, 14:20
Metronun iş vaxtı dəyişdirilir
24-11-2026, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
24-11-2026, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
24-11-2026, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
24-11-2026, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
24-11-2026, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
24-11-2026, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
24-11-2026, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
24-11-2026, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb