İranla Ermənistan arasında hərbi anlaşma: Kimə qarşı?
Dünya / Video
23 may 2025 | 16:55
44 günlük Qarabağ Müharibəsindən sonrakı dövrdə həm İran, həm də Ermənistan siyasətçiləri və ekspertləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilən məsələ bu günlərdə reallaşıb: İran Müdafiə naziri general Əziz Nəsirzadənin 20-21 may tarixlərində İrəvana rəsmi səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunub.

Bildirilir ki, bununla İranın Ermənistana son illər ərzində hər vəchlə gizlətməyə çalışdığı hərbi dəstəyi açıq müstəviyə keçib və İran rəsmən Ermənistanı silahlandıran Fransa-Hindistan-Yunanıstan üçlüyünə qoşulub.

"Ən maraqlısı budur ki, Tehranla İrəvan arasında hərbi anlaşma Azərbaycan və İran hərbçilərinin erməni işğalından azad edilmiş Qarabağ ərazisində "Araz-2025" adlı birgə hərbi təlimlərinin keçirildiyi günlərdə əldə olunub. Bu da İran hakimiyyətinin Cənubi Qafqazda illərdən bəri yürütdüyü Ermənistan ağırlıqlı ikibaşlı və ikiüzlü siyasətindən əl çəkmədiyini göstərir.

Son illər İranın Ermənistana müxtəlif növ silahlar, o cümlədən tank əleyhinə raketlər və müxtəlif dronlar verdiyi barədə xəbərlər yayılıb, həmçinin ötən il İranla Ermənistan arasında 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalandığı barədə məlumat üzə çıxıb. İran rəsmiləri 44 günlük müharibədən sonra Tehranın davranışı kontekstində məntiqi və inandırıcı görünən bu xəbərləri təkzib edib. Amma İrəvana səfərinin başlanğıcında İranın müdafiə naziri deyib: "Hərbi sahədə İran-Ermənistan əlaqələrinin səviyyəsi çox yaxşıdır".

Əgər ortada real hərbi əməkdaşlıq, o cümlədən Ermənistana silah tədarükü yoxdursa, onda nazir bu sahədə əlaqələrin çox yaxşı olduğunu niyə bəyan etsin ki?!"

Ətraflı süjetdə:

25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı