İran XİN-dən ABŞ ilə mümkün razılaşmanın mətninin hazırlanmasına dair açıqlama
Dünya
23 fev 2026 | 15:45
İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai ABŞ ilə mümkün razılaşma üzrə mətnin hazırlanmasına dair yayılan xəbərləri şərh edib.

Azerimedia.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Bəqai keçirdiyi brifinqdə danışıb.

Bəqainin sözlərinə görə, Vaşinqtonla müvəqqəti sazişin bağlanması ehtimalı ilə bağlı iddiaların heç bir əsası yoxdur. O vurğulayıb ki, tərəflər hazırda ideyaların formalaşdırılması prosesindədirlər.

"Biz indi öz nöqteyi-nəzərimizlə bağlı hazırlıq mərhələsindəyik", - deyə İsmayıl Bəqai qeyd edib.

O həmçinin əlavə edib ki, Tehran nəticənin əldə edilməsi imkanını gördüyü müddətcə diplomatik variantları yoxlamağa davam edəcək.

Xatırladaq ki, Tehran və Vaşinqton arasında İranın nüvə dosyesi ilə bağlı danışıqlar sonuncu dəfə fevralın 17-də Omanın Cenevrədəki diplomatik nümayəndəliyində baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Ağ Ev rəhbərinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik ediblər.

Əraqçı danışıqları konstruktiv və ciddi adlandırıb. Onun sözlərinə görə, tərəflər əsas prinsipləri hazırlaya biliblər və onların əsasında sazişə dair işlər aparılacaq.
Bu gün, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Bu gün, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Bu gün, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Bu gün, 09:40
ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
Bu gün, 09:30
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bu gün, 09:00
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Dünən, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Dünən, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Dünən, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Dünən, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Dünən, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Dünən, 10:14
Dövlət universiteti işçilər axtarır
Dünən, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Dünən, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
21-09-2026, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
21-09-2026, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
21-09-2026, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
21-09-2026, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
21-09-2026, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
21-09-2026, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
21-09-2026, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
21-09-2026, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
21-09-2026, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
21-09-2026, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO