ABŞ, İsrail, İran: Kimin ordusu nəyə qadirdir?
Dünya
2 mar 2026 | 15:30
Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında uzun müddət davam edən gərginlik qarşılıqlı hücum mərhələsinə keçdi. Artıq demək olar ki, hadisələrin gedişatını təxmin etmək çətinləşib. Hər üç tərəfdən sərt bəyanatlar raket, dron, bomba partlayışları ilə müşayiət olunur.

Bəs görəsən, sözügedən ölkələrin mövcud arsenalının gücü nə yerdədir? Statistikada rəqəmlər bizə nə deyir?

Azerimedia.Az GlobalFirepower.com-a istinadən 2026-cı il üçün açıqlanan statistikanı təqdim edir.

İran İslam Respublikası hərbi qüvvələrinin ümumi güc indeksi üzrə dünyada 16-cı yerdə qərarlaşıb (PwrIndx: 0.3048).

Ordusu təxminən 610 min aktiv hərbçidən ibarətdir. Ehtiyat qüvvələrinin sayı 350 min nəfər, paramilitar qüvvələrin sayı isə 220 min nəfər təşkil edir. İranın əsas gücü quru qoşunlarında və geniş raket arsenalındadır. Ölkənin 2 675 tankı, 75 900-dən çox zirehli texnikası, 424 özüyeriyən artilleriya qurğusu, 2 000-dən çox qoşqulu artilleriya qurğusu və 1 550 yaylım atəş sistemi mövcuddur.

İran 570-ə yaxın hərbi hava vasitəsinə sahibdir. Bunlara 180-dən çox döyüş təyyarəsi və 120-dən artıq helikopter daxildir. Hava parkının bir hissəsi köhnə platformalardan ibarət olsa da, ölkə son illərdə pilotsuz uçuş aparatları və raket proqramına xüsusi önəm verir. İranın hərbi-dəniz donanmasının tərkibində 100-dən çox müxtəlif təyinatlı gəmi və sualtı vasitə var. Xüsusilə 25 sualtı qayığın mövcudluğu diqqət çəkir.

İranın 2026-cı il üzrə hərbi büdcəsi təxminən 10 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Müdafiə sənayesi, əsasən, daxili istehsala söykənir və ölkə sanksiyalar fonunda hərbi-texniki müstəqilliyini artırmağa çalışır.

İsrail əhali sayı və ərazi baxımından kiçik olmasına baxmayaraq, hərbi güc indeksinə görə dünyada 15-ci yerdədir (PwrIndx: 0.2596). Orduda təxminən 169 min aktiv hərbçi və 465 min ehtiyat qüvvə xidmət göstərir.

Hərbi modeli daha çox sürətli səfərbərlik və yüksək texnologiyaya əsaslanır. İsrail ordusunun arsenalında 1 300 tank, 62 000-dən çox zirehli texnika, 323 özüyeriyən artilleriya qurğusu, 170-dən artıq qoşqulu artilleriya qurğusu və 228 yaylım atəş sistemi mövcuddur. Hərbi Hava Qüvvələrinin balansında 600-ə yaxın uçuş aparatı var. Bunların içərisində 240-a yaxın döyüş təyyarəsi və 140-dan çox helikopter yer alır. İsrail bölgədə "F-35" kimi beşinci nəsil qırıcı təyyarələrə sahib ölkə olaraq hava üstünlüyünü qoruyur.

İsrailin hərbi-dəniz donanması ümumilikdə 60-dan çox müxtəlif təyinatlı gəmidən ibarətdir. Donanmanın tərkibində beş sualtı qayıq və bir neçə korvet tipli döyüş gəmisi var. İsrailin illik hərbi büdcəsi 34 milyard ABŞ dollarına yaxındır. Ordu yüksəktexnologiyalı müdafiə sistemləri, o cümlədən çoxpilləli hava hücumundan müdafiə komplekslərinə güvənir.

Amerika Birləşmiş Ştatları (ABŞ) isə 2026-cı ilin statistikasına görə, dünyanın ən güclü ordusuna malikdir və ümumi güc indeksində birinci yerdə qərarlaşıb (PwrIndx: 0.0744).

ABŞ Silahlı Qüvvələrinin aktiv şəxsi heyəti təxminən 1 milyon 330 min nəfərdir. Ehtiyat qüvvələrinin sayı isə 799 min nəfər təşkil edir. Bu göstərici həm İranı, həm də İsraili ciddi fərqlə qabaqlayır.

ABŞ ordusunun quru qoşunlarının arsenalında 4 600-dən çox tank, 390 mindən artıq zirehli texnika, 1 400-dən çox özüyeriyən artilleriya qurğusu, 1 300-dən çox qoşqulu artilleriya qurğusu və 1 300-dən artıq yaylım atəş sistemi mövcuddur.

ABŞ-nin Hərbi Hava Qüvvələri dünya üzrə ən böyük hava parkına sahibdir. Ölkənin 13 mindən çox hərbi hava vasitəsi var. Bunlara 1 700-dən artıq döyüş təyyarəsi, 5 800-dən çox helikopter və 1 000-dən artıq hücum helikopteri daxildir. Hava gücü baxımından ABŞ digər iki ölkəni böyük fərqlə geridə qoyur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin balansında 470-ə yaxın müxtəlif təyinatlı gəmi var. Donanmanın tərkibində 11 aviadaşıyıcı, onlarla məhvedici (esmines) tipli hərbi gəmi və 60-dan çox sualtı qayıq mövcuddur. Bu, ABŞ-yə qlobal miqyasda hərbi əməliyyat aparmaq imkanı verir. ABŞ-nin illik hərbi büdcəsi 830 milyard ABŞ dollarından artıqdır ki, bu da İran və İsrailin birlikdə hərbi xərclərindən dəfələrlə çoxdur.

Beləliklə, rəqəmlər göstərir ki, ABŞ qlobal hərbi güc baxımından açıq liderdir. İran canlı qüvvə və artilleriya potensialı ilə regionda ciddi hərbi kütlə yaradır. İsrail isə daha kompakt orduya malik olsa da, texnoloji üstünlüyü və yüksək koordinasiya qabiliyyəti ilə fərqlənir.
Bu gün, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Bu gün, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Bu gün, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Bu gün, 09:40
ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
Bu gün, 09:30
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bu gün, 09:00
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Dünən, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Dünən, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Dünən, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Dünən, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Dünən, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Dünən, 10:14
Dövlət universiteti işçilər axtarır
Dünən, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Dünən, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
21-09-2026, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
21-09-2026, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
21-09-2026, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
21-09-2026, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
21-09-2026, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
21-09-2026, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
21-09-2026, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
21-09-2026, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
21-09-2026, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
21-09-2026, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO