Trampa sui-qəsd cəhdi ilə bağlı hesabat açıqlandı
Dünya
3 iyl 2026 | 10:20
2024-cü ilin iyul ayında ABŞ Məxfi Xidmətinin işçiləri yol verdikləri nöqsanlar səbəbindən o dövrdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi olan Donald Trampa edilən sui-qəsd cəhdinin qarşısını almaqda aciz qalıblar.

Azerimedia.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin baş müfəttişliyi tərəfindən hazırlanmış hesabatda deyilir.

Müvafiq sənəddə bildirilir ki, "Məxfi Xidmət 13 iyul 2024-cü il tarixində keçirilən mitinq zamanı Tomas Kruksun Trampa hücum cəhdini müəyyən etmək, ona mane olmaq və qarşısını almaq kimi mühüm fürsətləri qaçırıb".

Hesabatda xüsusi olaraq qeyd edilir ki, mühafizə xidmətinin personalı Kruksun ərazini dronla izləməsinin fərqində olmayıb. Bu halın baş verməsi isə əməkdaşlardan birinin zəif hazırlığı və "texniki avadanlıqlardakı qüsurlar" ilə əlaqələndirilib.

Sənəddə, həmçinin vurğulanır ki, qurumun işçiləri "yerli hüquq-mühafizə qurumları ilə ortaq əməliyyat qərargahı qura bilməyiblər". Nəticədə ərazidəki bir çox şəxsin Kruksun davranışlarını şübhəli bilməsinə dair məlumatlar onlara çatmayıb. Bununla yanaşı, xidmət əraziyə tələb olunan sayda personal cəlb etməyib və Kruksun yerləşdiyi binanın damından mümkün atəş təhlükəsini aradan qaldırmaq məqsədilə zəruri addımları atmayıb.

Xatırladaq ki, Donald Trampa 13 iyul 2024-cü ildə sui-qəsd cəhdi olub. Siyasətçi yüngül xəsarət alıb və güllə onun yalnız qulağını sıyırıb keçib. Hücumu həyata keçirən 20 yaşlı ABŞ vətəndaşı Tomas Metyu Kruks elə hadisə yerində Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Bu gün, 17:36
Azərbaycanda LEYSAN VƏ SEL gözlənilir - XƏBƏRDARLIQ
Bu gün, 15:06
Azərbaycan nümayəndə heyəti İrandadır - VİDEO
Bu gün, 14:37
Donald Tramp: "Mən İsrail tarixinin ən yaxşı prezidentiyəm"
Bu gün, 14:35
Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
Bu gün, 14:22
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Füzulidə dəfn edilib - FOTO
Bu gün, 14:13
Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
Bu gün, 13:40
Daşınmaz əmlak bazarında son vəziyyət - QİYMƏTLƏR AÇIQLANDI
Bu gün, 13:38
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun "etibarsız" görünməsinin SƏBƏBİ
Bu gün, 13:20
Goranboyda itkin-şəhid Rauf Əhmədov dəfn olunub - FOTO
Bu gün, 13:05
Ağdam Cümə məscidində müzəffər Ali Baş Komandanı qarşılayan ayə: "İnnə fətəhnə ləkə fəthən mubinə" - VİDEO
Bu gün, 12:55
Portuqaliya 60 ildən sonra dünya çempionatında əzmkar qələbə qazandı
Bu gün, 12:52
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
Bu gün, 12:51
Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü
Bu gün, 12:30
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? - FOTO - VİDEO
Bu gün, 11:58
Xırdalanda kanalizasiya suları küçəyə axıb: Ərazini üfunət bürüyüb - VİDEO
Bu gün, 11:26
Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
Bu gün, 11:10
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Bu gün, 11:01
Azərbaycanda sığorta məbləğinin ödənilməsində YENİLİK
Bu gün, 10:20
Trampa sui-qəsd cəhdi ilə bağlı hesabat açıqlandı
Bu gün, 10:02
Bakı metrosunda baş verən terror aktının ildönümüdür
Bu gün, 09:30
Yenilənmiş pul əsginasının tədavülə buraxılacağı TARİX AÇIQLANDI - FOTO
Dünən, 16:33
Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman
Dünən, 16:32
Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU
Dünən, 15:38
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışdı
Dünən, 15:36
Milyonlarla barel İran nefti dənizdə qalıb
Dünən, 14:00
Müəllimlərdən etiraz: "İndi dərs saatımız 8 manat 30 qəpikdən hesablanacaq" - VİDEO
Dünən, 13:44
Qatarla Ağstafa istiqamətində gedəcək sərnişinlərə ŞAD XƏBƏR