Cenevrədə neokolonializmlə bağlı beynəlxalq konfrans başlayır
Dünya
14 dek 2023 | 10:44
Bu gün İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Ofisində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayacaq.

Konfrans üçün 14 dekabr tarixinin seçilməsi təsadüfi hal deyil. Belə ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni qəbul edib. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur.

Konfransda 22 ölkədən - ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, ⁠Fransız Qvianası, ⁠Yeni Kaledoniya, Korsika, Martinik, Fransız Polineziyası, Korsika, Valis və Futuna, ⁠Solomon Adaları, eləcə də iki beynəlxalq təşkilatdan - İslam Əməkdaşlıq Təşkilatı və BMT-dən (Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitə) 50-yə yaxın nümayəndənin iştirakı təsdiq olunub. Bununla yanaşı, insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT rəhbərləri və xarici media təmsilçiləri də tədbirdə iştirak edəcəklər.

İnsan hüquqlarının beşiyi sayılan BMT-nin Cenevrə ofisində Fransanın keçmiş və indiki koloniyalarından olan nümayəndələr tərəfindən öz ölkələrində Fransa tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması hallarının əks olunduğu çıxışlar nəzərdə tutulur. Bir sıra ölkə rəsmiləri öz milli bəyanatlarını səsləndirəcəklərinə dair məlumat veriblər.

Xatırladaq ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan “CAGE” adlı QHT-nin rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani bu konfransda iştirak etmək üçün İsveçrəyə gəlsə də, Fransanın tələbi ilə İsveçrə polisi tərəfindən saxlanılıb. Polis məhdudlaşdırmanın səbəbinin Fransanın tələbi olduğunu etiraf edib. Hüquq müdafiəçisi Rabbaninin özünün və vəkilinin haqlı tələblərinə baxmayaraq, İsveçrə polisi onu buraxmaqdan imtina etməkdə israrlı olub.

Konfransın sonunda bəyannamənin iştirakçılar tərəfindən imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində BMT-nin Baş qərargahında həyata keçirilən konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il üzrə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbirdir.
Dünən, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Dünən, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Dünən, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Dünən, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Dünən, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Dünən, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Dünən, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Dünən, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Dünən, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Dünən, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dünən, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Dünən, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Dünən, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Dünən, 09:30
AZAL bilet qiymətlərini endirdi
Dünən, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
24-11-2026, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
24-11-2026, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
24-11-2026, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
24-11-2026, 14:20
Metronun iş vaxtı dəyişdirilir
24-11-2026, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
24-11-2026, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
24-11-2026, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
24-11-2026, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
24-11-2026, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
24-11-2026, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
24-11-2026, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
24-11-2026, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb