Fransada təbii fəlakət: Ölənlərin sayı 60 minə çata bilər
Dünya
19 dek 2024 | 17:28
Fransanın dənizaşırı Mayotta bölgəsində "Şido" siklonu nəticəsində ölənlərin sayı ilə bağlı ilkin katastrofik hesablamalar ortaya çıxıb.

Bu barədə "Réunion la 1ère" nəşri məlumat verib.

İddia edilir ki, Mayottada ölənlərin sayı 60 min nəfərə çata bilər.

Ölənlərin sayı ilə bağlı rəsmi rəqəm isə əvvəlki kimi 32 nəfər təşkil edir.

Xatırladaq ki, Mayotta prefekti ölənlərin sayının yüzlərlə və ya minlərlə olacağını bildirmişdi.

15:44

Fransanın dənizaşırı ərazilər üzrə naziri Fransua-Noel Byuffe dağıdıcı "Şido" siklonunun nəticələrinin aradan qaldırılmasını sürətləndirmək üçün Mayottada (Fransanın dənizaşırı bölgəsi və eyni zamanda departamenti - red.) müstəsna təbii fəlakət vəziyyəti elan edib.

Bu barədə "France Info" radiostansiyası müvafiq nazirliyin kommünikesinə istinadən məlumat yayıb.

Xüsusi rejim uzadılma ehtimalı nəzərdə tutulmaqla, bir ay müddətində qüvvədə olacaq.

Qeyd olunub ki, hakimiyyət bu qərarı böhranın həlli və adanın infrastrukturunun bərpası üçün inzibati prosedurları sadələşdirmək və lazımi resursları səfərbər etmək üçün qəbul edib.

Fransa Meteorologiya Xidməti bildirib ki, dekabrın 14-də Mayottanı vuran "Şido" siklonu son 90 ilin ən güclüsü olub. Küləyin sürəti 60 m/s-ə çatıb.

Dənizaşırı departamentin prefekti Fransua Ksavye-Byevil qasırğa ilə bağlı yüzlərlə, hətta minlərlə insanın qurban ola biləcəyini istisna etməyib. Məlumata görə, ölənlərin sayı 31-ə çatıb.

Qeyd edək ki, dekabrın 19-da Mayottaya səfər edəcək Fransa prezidenti Emmanuel Makron faciə ilə bağlı milli matəm elan etməyi planlaşdırır.














Bu gün, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
Bu gün, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
Bu gün, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
21-11-2026, 10:27
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
21-11-2026, 10:23
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
21-11-2026, 10:09
Sumqayıtda yol çökdü
21-11-2026, 10:00
Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib
21-11-2026, 09:31
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
21-11-2026, 09:13
Almaniyada təhlükəli infeksiya sürətlə yayılır: Yoluxma sayı rekord həddə çatdı
20-11-2026, 15:47
Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı
20-11-2026, 15:42
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20-11-2026, 15:30
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin sayı açıqlandı
20-11-2026, 15:04
Azərbaycan əhalisinin sayı açıqlandı
20-11-2026, 14:30
“AccessBank”ın sədri və rəhbər şəxsləri vəzifədən azad olundu
20-11-2026, 14:20
Çempionlar Liqası: “Barselona”nın Bakıya gəliş tarixi məlum olub
20-11-2026, 14:10
Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək
20-11-2026, 14:00
Bakı-Hanoy əlaqələrində yeni əməkdaşlıq mərhələsi başlayır - Video
20-11-2026, 13:50
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü - Yeniləndi
20-11-2026, 13:30
Həyətyanı torpağına sənəd ala bilməyənlərin nəzərinə - Yeni qayda gəlir
19-11-2026, 17:24
Tanınmış dərman şirkəti Azərbaycandan gedir