Paşinyan sülh müqaviləsinin razılaşdırılmayan bəndlərinə dair təkliflərini açıqladı
Dünya
5 fev 2025 | 12:00
“Sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib.

“Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq olunmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin razılaşdırlmayan digər bəndi hüquqi orqanlarda bir-birindən edilən şikayətlərlə bağlıdır.

“İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə vəziyyət yarana bilər, tutaq ki, məsələ beynəlxalq strukturun prosesindən çıxarılır, amma tərəflərdən biri onu ikitərəfli münasibətlər masasına gətirməyə çalışır və bu məsələdən istifadə edərək gərginliyin artmasına səbəb olur.

Biz də bütün şikayətlərin geri çəkilməsinin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, biz razılaşmışıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır və ətrafında hər şey razılaşdırılır. Mən bunu niyə deyirəm, çünki bu, sülhün mövcud olduğunu açıq şəkildə göstərir və indi yalnız sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”, - Ermənistanın baş naziri bildirib.

Nikol Paşinyan Atlantik Şurada çıxışı zamanı Ermənistan Respublikası hökumətinin xarici siyasətini təqdim edib.
“Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var - Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, iki qonşumuz Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”, - baş nazir qeyd edib.

“Əvvəlki illərdə biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. Hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi bu müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələlik yekun razılığa gəlmədiyimiz iki məqam var. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə ki, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün lazımi mühitin yaradılmasında şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı”, - Paşinyan deyib.

“Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə Prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və sərhədlərimizin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı çox konkret razılaşmamız var. Ümid edirik ki, bu sazişi ən qısa zamanda həyata keçirəcəyik. Biz bu istiqamətdə işləyirik.

Digər tərəfdən, biz digər regional tərəfdaşlarla, yəni Gürcüstan və İranı nəzərdə tuturam, əməkdaşlığı dərinləşdiririk. Təbii ki, bizim qonşularımızla münasibətləri dərinləşdirməyə mane olan beynəlxalq vəziyyət mövcuddur və bu hallar hamıya məlumdur, mən bunları demirəm.

Amma hesab edirəm ki, biz bütün bu halları nəzərə almağa, digər tərəfdən qonşularımızla münasibətləri inkişaf etdirməyə nail oluruq. Əlbəttə, ümid edirik ki, biz Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını başa çatdırıb onu imzalayanda, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olanda regional vəziyyətimizdə sıçrayış olacaq. Bu da nəinki regional vəziyyəti tamamilə dəyişəcək, həm də hesab edirəm ki, beynəlxalq vəziyyətə çox nəzərəçarpacaq və əhəmiyyətli təsir göstərəcək”, - Paşinyan bildirib.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start