Azərbaycan və Qazaxıstan prezidentləri Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olub
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Azerimedia.az xəbər verir ki, dövlətimizin başçısına bu il yaradılan Mərkəz barədə məlumat verildi.
Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Dünən, 16:38
Rüsumsuz ticarət mağazalarının yaradılması qaydası dəyişib
Dünən, 16:35
Evlərini kirayə verənlər gələn ildən 10 faiz vergi ödəyəcəklər
Dünən, 16:29
Sahibkarlar üçün dövriyyə həddi neçə dəfə artırılacaq?
Dünən, 16:25
Dərman təminatı və kompensasiya ilə bağlı yeni qaydalar təsdiq edilib
Dünən, 15:31
Sumqayıtda parkdan kişi meyiti aşkarlanıb
Dünən, 15:27
Gələn il pensiyalar nə qədər artacaq?
Dünən, 15:00
Azərbaycanda media subyektlərinə vergi güzəştinin müddəti daha üç il uzadılır
Dünən, 14:43
Gələn il Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq
Dünən, 14:41
Bakıda daha dörd ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb
Dünən, 14:39
Azərbaycanın qida təhlükəsizliyi ilə bağlı bir sıra ölkələrə tətbiq etdiyi QADAĞA GÖTÜRÜLDÜ
Dünən, 13:46
Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: "Ruletka" oynayıb kamera yoldaşımı qətlə yetirdilər"
Dünən, 13:44
Dünyada hepatit B virusunu aşkar edən ilk test yaradıldı
Dünən, 11:51
Sosial yardımın məbləği artacaq
Dünən, 11:49
Neft Fondunun aktivləri 70 milyard dolları keçib
Dünən, 11:43
Prezident İlham Əliyev Macarıstanın Baş nazirinə təbrik ünvanlayıb
Dünən, 11:14
Nazirlik rəsmisi: "Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükə yaratmır"
Dünən, 09:52
Tramp: Putinlə görüşü ləğv etdik
21-10-2025, 17:31
Azərbaycan və Qazaxıstan prezidentləri Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olub
21-10-2025, 17:29
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
21-10-2025, 16:28
“Atletik”in baş məşqçisi “Qarabağ”a hörmətlə yanaşırıq DEYİB
21-10-2025, 16:25
Mqer Qriqoryan: Azərbaycanın qərarı sülh üçün önəmlidir
21-10-2025, 15:17
Qazaxıstan prezidenti: "Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır"
21-10-2025, 15:13
Kasım-Jomart Tokayev İlham Əliyevə Qazaxıstanın milli geyimini hədiyyə edib
21-10-2025, 15:11
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
21-10-2025, 14:14
İlham Əliyev ulu öndərin sevimli mahnısını dinləyərkən kövrəldi
21-10-2025, 13:30
Çayla üzərək Azərbaycana keçən İraq vətəndaşı həbs edilib
21-10-2025, 10:52
Heyvanlar arasında yayılan dabaq xəstəliyinə Səhiyyə Nazirliyindən REAKSİYA
