Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: "Ruletka" oynayıb kamera yoldaşımı qətlə yetirdilər"
Cəmiyyət
23 okt 2025 | 13:46
Oktyabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.

Azerimedia.Az xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişinin biri qırılıb. Habelə Maksim yanılı vəziyyətdə olan siqareti onun boynuna basmaqla söndürüb. Eyni zamanda, Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında "ruletka" oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.

Telman Bəbir oğlu Zeynalovun elan olunan ifadəsinə əsasən, o, digər iş yoldaşları ilə birlikdə Cəbrayıl rayonunun Mehdili kəndində açıq sahədə minatəmizləmə əməliyyatını həyata keçirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Növbəti ifadə Bəhruz Tapdıq oğlu Nəsirova aid olub. Onun elan olunan ifadəsinə əsasən, iş yoldaşları ilə birlikdə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində işğal dövründə Ermənistan tərəfindən əvvəlcədən məqsədli şəkildə basdırılmış minaların təmizlənməsi əməliyyatını icra edərkən mina partlayışı nəticəsində xəsarət alıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
30-09-2026, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
30-09-2026, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
30-09-2026, 10:32
Zakir Həsənov onlara müraciət etdi
30-09-2026, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
30-09-2026, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
30-09-2026, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
30-09-2026, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi