Dərman təminatı və kompensasiya ilə bağlı yeni qaydalar təsdiq edilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar “Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”, “Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası”, “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları”, “Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə”nin nümunəvi forması” və “Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması Qaydası”dır.
Yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir.
Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların xidmətlər zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib. Dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi meyarlarına dərman vasitəsinin dövlət reyestrində olması, onun keyfiyyətli, təhlükəsiz və effektiv olması, qiymətinin tənzimlənmiş olması və icbari tibbi sığorta fondunun maliyyə imkanlarına uyğun olması daxildir.
Eyni zamanda, bu qaydalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aptek təşkilatları ilə müqavilə mexanizminin formalaşmasına hüquqi əsas yaradır.
Qərarların qəbulu dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri – elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər.
Pozitiv siyahı icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə müalicə üçün pasiyentlərə verilən dərman vasitələrinin siyahısıdır. Bu siyahıya daxil olan dərmanların müəyyən edilmiş hissəsi və ya tam dəyəri icbari tibbi sığorta hesabına qarşılanacaq. Pozitiv siyahıda dərman vasitəsinin ticarət adı, beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı), dozası, anatomik- terapevtik-kimyəvi kodu, farmasevtik forması, xəstəliyin müalicəsi üçün tətbiq edildiyi XBT 10 kodu, qablaşdırılma miqdarı, şərti kompensasiya məbləği və müştərək maliyyələşmə məbləği qeyd olunacaq.
Qeyd edək ki, pozitiv siyahı hər rübün ilk ayının 15-nə kimi yenilənəcək və yenilənmiş siyahı agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Bu gün, 10:44
Qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
Bu gün, 10:39
Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Bu gün, 10:22
Orxan Məmmədov: "Millinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir"
Bu gün, 10:06
Süni intellektə maraq artır: Yaponiya və ABŞ elmi tədqiqata bir milyard dollar ayırırlar
Bu gün, 09:40
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Dünən, 13:37
İşğaldan azad edilmiş ərazilərdəki kəhrizlər bərpa olunacaq
Dünən, 13:36
Azərbaycandan Ermənistana 42 vaqon dizel göndəriləcək
Dünən, 12:40
Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO
Dünən, 12:35
Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama
Dünən, 12:19
Ali Məhkəmənin xəbərdarlığı: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Dünən, 12:00
Ermənistan və ABŞ arasında "Tramp marşrutu" üzrə çərçivə sazişi imzalandı
Dünən, 11:52
Avtonom nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq?
Dünən, 11:41
Küveyt Beynəlxalq Hava Limanına hücum anının görüntüləri yayımlandı - VİDEO
Dünən, 11:40
Avtonom nəqliyyat vasitələrində operator olmaq istəyənlərə dair tələblər müəyyənləşir
Dünən, 11:23
Azərbaycanda tramvay xətləri dövlət mülkiyyətində olacaq
Dünən, 11:19
Nazir müavini: "Azərbaycan 2050-ci ilə qədər su qıtlığı ilə üzləşə bilər"
Dünən, 11:04
Son altı ayda 1.5 milyondan çox informasiya sızması aşkarlanıb - FOTO
Dünən, 10:54
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
Dünən, 10:47
Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir
Dünən, 10:38
Avtonom nəqliyyat vasitələri üçün xüsusi tanınma nişanı tətbiq ediləcək
Dünən, 10:27
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir - FOTO
Dünən, 10:25
Hesablama Palatasına yeni səlahiyyətlər verilir
Dünən, 10:10
Dövlət resurslarına hücum edən fişinq resursları və saxta domenlər zərərsizləşdirilib
Dünən, 09:29
Bakıda yeni körpü tikilir - VİDEO
3-06-2026, 13:58
Avropada yarım milyondan çox insan iş yerini itirə bilər
3-06-2026, 13:57
Britaniyada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter QƏZAYA UĞRADI
3-06-2026, 13:49
Bakı və Abşeronda yeni yollar salınacaq: Prospektlər birləşəcək - FOTO - VİDEO