Deputatdan TƏKLİF: "Kirayə vergisi beş faizə endirilsin"
Gələn ildən "Vergi Məcəlləsində" nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır.
Azerimedia.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputatdan TƏKLİF: Kirayə vergisi beş faizə endirilsin
O bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil, 10 faiz vergi ödəyəcəklər:
"Kirayə vergisinin azaldılması müsbət haldır. Bununla belə, kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var. Aparılan müşahidələr göstərir ki, bu mənbədən büdcəyə ödəmələr yüksək deyil. Bunun əsas səbəblərindən biri də məhz vergi dərəcəsinin yüksək olması ilə bağlı idi.
Bu baxımdan, kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox ağarmasına və büdcə daxilolmalarının artmasına səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur".
"Kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrinin tətbiqi məqsədəuyğundur. Bu baxımdan, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin 14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmilləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı", - deputat bildirib.
14-11-2025, 18:01
"ARB TV"nin fəaliyyətində dəyişiklik edildi
14-11-2025, 17:58
Peyk görüntüləri İranda təşviş yaratdı: Böyük su anbarları quruyur
14-11-2025, 17:56
Azərbaycanda bu il benzin və dizel istehsalı artıb
14-11-2025, 16:52
Volodimir Zelenski İlham Əliyevə zəng edib
14-11-2025, 16:08
Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq
14-11-2025, 16:00
Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
14-11-2025, 15:55
"Azərsilah"ın zavodunda qəza baş verib: Bir nəfər ölüb
14-11-2025, 10:58
BDYPİ: "Piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar"
14-11-2025, 10:56
Rusiya vətəndaşının meyiti Ağdaşda tapıldı
14-11-2025, 10:50
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
14-11-2025, 10:48
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir
14-11-2025, 10:41
FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
14-11-2025, 10:38
Kiyevə hava hücumu olub, ölən və xəsarət alanlar var FOTO
14-11-2025, 09:46
Türkiyəyə məxsus təyyarə Xorvatiyada qəzaya uğrayıb
14-11-2025, 09:45
ADY sərnişinlərə müraciət edib
14-11-2025, 09:30
Azərbaycan nefti cüzi bahalaşıb
14-11-2025, 09:14
DÇ-2026-nın seçmə mərhələsi: Bu gün altı görüş keçiriləcək
14-11-2025, 09:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
13-11-2025, 13:18
Nazir: "Müəllim saathesabı, yarımştat kimi yox, tamamilə daimi ştatda olacaq"
13-11-2025, 12:21
Emin Əmrullayev: "100% dövlət tərəfindən maliyyələşən model tapmaq çətindir"
13-11-2025, 11:35
Deputatdan TƏKLİF: "Kirayə vergisi beş faizə endirilsin"
13-11-2025, 11:00
İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
6-11-2025, 16:38
Diabet xəstələri üçün beş milyon manatlıq dərman alınacaq
6-11-2025, 16:35
"Sumqayıt-Bakı ekspres marşrut avtobusu müəyyən edilmiş dayanacaqlarda dayanmır" - Sərnişinlərdən ŞİKAYƏT
6-11-2025, 16:34
Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN
6-11-2025, 16:14
Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq
6-11-2025, 16:04
DİM sədri: "Hər kəs Xankəndini universitet şəhərciyi kimi tanıyacaq"
