"Sumqayıt-Bakı ekspres marşrut avtobusu müəyyən edilmiş dayanacaqlarda dayanmır" - Sərnişinlərdən ŞİKAYƏT
Sərnişinlər 594 və 595 nömrəli marşrutlar üzrə işləyən "Neoplan" markalı sərnişin avtobuslarının müəyyən edilmiş dayanacaqlarda saxlamamasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sərnişinlər bildiriblər ki, səhər saatlarında Sumqayıt Avtovağzalından yola çıxan avtobuslar tam dolduqdan sonra Bakı istiqamətində hərəkətə başlayır.
Sərnişinlərin sözlərinə görə, sürücülər sözügedən nəqliyyat vasitəsində ayaq üstə getməyə icazə vermədikləri üçün insanlar yolda qalırlar:
"Bu avtobuslar dolduğu üçün də müəyyən edilmiş dayanacaqlarda saxlamır. Nəticədə yollarda qalırıq. Ya bu avtobuslar Sumqayıt Avtovağzalından tam dolmamış çıxsınlar, ya da ayaq üstə getməyə icazə verilsin. Avtobusa minən sərnişinin sayını sürücü ekranda görür, heç olmasa, hər avtobus yola 10 boş yer saxlayaraq çıxsa, marşrut üzrə müəyyən edilmiş dörd dayanacaqda sərnişinlər yolda qalmazlar. Lakin belə edilmir. Sürücülər avtobus dolandan sonra yola çıxır, dayanacaqlarda isə saxlamırlar. Ayaq üstə getməyə razı olanlara da: "Bizim buna icazəmiz yoxdur", - deyirlər".
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, ekspres avtobuslarda ayaq üstə sərnişin daşınması üçün konstruktiv şərait nəzərdə tutulmayıb:
Bakı-Sumqayıt istiqamətində artan sərnişin tələbatı nəzərə alınaraq, "BakuBus" MMC tərəfindən Sumqayıt Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt Avtovağzalını metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Hazırda 594 nömrəli xətt üzrə 28, 595 nömrəli xətt üzrə isə 11 avtobus istismara cəlb olunub. Ümumilikdə, 40-a yaxın avtobus qeyd olunan xətlərdə 7-10 dəqiqə, pik saatlarda isə 5-8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
Ekspres avtobuslarda ayaq üstə sərnişin daşınması üçün konstruktiv şərait nəzərdə tutulmayıb. Buna görə də salonda boş oturacaq olmadığı halda avtobus aralıq dayanacaqlarda dayanmır. Ayaq üstə sərnişin daşınması təhlükəsizlik qaydalarının pozulması hesab olunur.
Sərnişin tələbatının artması nəzərə alınaraq, "BakuBus" MMC tərəfindən əlavə olaraq üç avtobus Ceyranbatan qəsəbəsi sakinlərinin metronun "20 Yanvar" stansiyasına daşınmasını təmin etmək məqsədilə xəttə cəlb edilib", - deyə o qeyd edib.

19-06-2026, 14:45
Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni səlahiyyətlər verilib
19-06-2026, 14:43
Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib
19-06-2026, 14:06
"Qarabağ"ın oyunu ləğv edildi - SƏBƏB
19-06-2026, 13:54
Prezidentdən XİN-in bəzi əməkdaşlarının vəzifə maaşları ilə bağlı FƏRMAN
19-06-2026, 13:53
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət müəyyənləşib
19-06-2026, 13:38
Taksi sürücülərinə ŞAD XƏBƏR - Deputat nə təklif etdi?
19-06-2026, 13:19
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
19-06-2026, 12:40
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib - FOTO
19-06-2026, 12:13
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
19-06-2026, 11:25
Cavan Zeynallının səhhətində problem yaranıb?
19-06-2026, 11:22
Flora Kərimovanın evə buraxılacağı VAXT MƏLUM OLDU
19-06-2026, 10:29
Təkrar keçiriləcək buraxılış imtahanında neçə nəfər iştirak edəcək?
19-06-2026, 10:28
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub - FOTO
19-06-2026, 10:24
Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir
19-06-2026, 10:17
Tacikistanlı nazir: "Azərbaycanla ticarət dövriyyəmiz 200 faiz artıb" - FOTO
18-06-2026, 13:55
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA
18-06-2026, 13:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib - FOTO
18-06-2026, 13:20
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO
18-06-2026, 13:06
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTO
18-06-2026, 12:58
Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu - VİDEO
18-06-2026, 12:42
İƏT rəsmisi: "Süni intellekt insan münasibətlərini əvəz etməməlidir"
18-06-2026, 12:11
Almaniya gəmiləri Qırmızı dənizə yollandı: Hədəf Hörmüz boğazı
18-06-2026, 11:30
"Səbail" klubunun adı dəyişdirilir
18-06-2026, 11:15
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanın xüsusi medalı ilə təltif olunub
18-06-2026, 10:03
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib - FOTO - VİDEO
18-06-2026, 09:30
DÇ-2026: Qrup mərhələsinin ikinci turu başlayır
17-06-2026, 15:19
Prezident onu “Dostluq” ordeni ilə təltif etdi - Sərəncam