Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Gündəm / Sosial
14 noy 2025 | 10:50
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfər edib.

Azərimedia .Az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib.

O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anaları Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.

Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, İslam Əhmədov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar üçün "Yaşa" mərkəzinə gəlib. Mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. Leyla Əliyeva balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti - tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.

Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.

























Bu gün, 13:57
Paytaxt Bakıdan başqa şəhərə köçürülür?
Bu gün, 13:55
Süni intellekt xərçəngi müalicə edəcək
Bu gün, 12:53
TƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"
Bu gün, 12:47
Prezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"
Bu gün, 12:28
Günəşdə güclü partlayışlar qeydə alındı
Bu gün, 12:17
Sel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcək
Bu gün, 12:09
İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 11:52
ABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
Bu gün, 11:43
Kür çayı daha bir rayonda BƏNDİ UÇURTDU
Bu gün, 11:42
"SOCAR Trading" rəsmisi: "Dünya "super dövr" adlandırıla biləcək mürəkkəb mərhələdən keçir"
Bu gün, 11:41
İtaliya DÇ-2026-da İranı əvəz edəcək? - ABŞ və FIFA rəhbərliyinə rəsmi müraciət edildi
Bu gün, 10:45
Laçın kanat yolunun inşası nə vaxt tamamlanacaq? - VİDEO
Bu gün, 10:26
Qəbələdə 463 abonentin qazı kəsiləcək
Bu gün, 10:08
Yaponiyada güclü meşə yanğınları: Əhali evakuasiya olundu
Bu gün, 09:30
Qəbul imtahanı üzrə indiyədək qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
Dünən, 18:20
Xərclədiyi pulun qarşılığında ən çox kubok qazanan klublar açıqlandı
Dünən, 18:18
XİN-dən diplomatik xidmətə qəbul üzrə müsabiqə ilə bağlı elan
Dünən, 17:46
İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Dünən, 16:56
Elektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA
Dünən, 16:55
Anar Bayramov iki yüksəkvəzifəli şəxsi İŞDƏN ÇIXARDI
Dünən, 16:29
Marneulidə xüsusi əməliyyat: Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
Dünən, 16:26
Sabirabad RİH-də yeni təyinat
Dünən, 16:05
Sumqayıtın böyük bir hissəsi susuz qalacaq
Dünən, 16:03
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTO
Dünən, 16:01
Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb
Dünən, 15:30
Millət vəkili məktəblərdə baş verən son hadisələrdən DANIŞDI: "Müəllim tərbiyyə etmək istəyir, valideyn isə qoymur" VİDEO
Dünən, 15:27
Serj Sarqsyanın qardaşı qızının milyonlarla dollarlıq əmlakı və pulları əlindən alınacaq