Xankəndidə görülən işlər açıqlanıb FOTO
Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirləri Xidmətin icraçı direktoru Telman Kərimli, Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Xankəndidəki əsas binaların əksəriyyəti - Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və Qarabağ oteli vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub: "Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır".
T. Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir: "Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir.
Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir".
T. Kərimlinin sözlərinə görə, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır: "Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu — memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına real töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir".

Bu gün, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
Bu gün, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Bu gün, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
Bu gün, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Bu gün, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
Bu gün, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
Bu gün, 14:10
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır - DTA sədri
Bu gün, 13:00
Bakının bəzi mərkəzi küçələrində hərəkət hər gün məhdudlaşacaq - FOTO
Bu gün, 12:30
Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək
Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA