Xalq artisti Qədir Rüstəmovun doğum günüdür
Gündəm / Mədəniyyət
20 noy 2025 | 11:15
Xalq artisti Qədir Rüstəmovun anadan olduğu gündür.

Azerimedia.Az xatırladır ki, Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabr ayının 20-də Ağdam rayonunda anadan olub.

O, musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişib. Yaşadığı mühitin təbiəti, ətrafında olan insanların musiqi ilə bağlı təcrübələri Qədir Rüstəmovun ilk sənət məktəbi olub.

Orta məktəbi bitirdikdən sonra o, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb. Daha sonralar isə Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.



Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə müvəffəq olub. Nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb.

O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verib. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın oxuduğu "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.



Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları "Rast", "Çahargah" məharətlə səsləndirilib, Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil edilib. "Sona bülbüllər"i isə onun səsinin avazında daha möhtəşəm təqdim olunub və bu ifadan sonra Qədir Rüstəmov daha çox sevilib.

Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş filmdə Cabbar Qaryağdı oğlu roluna çəkilən Qədir Rüstəmov klassik muğamları böyük məharətlə ifa edib.

Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adına layiq görülüb, 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.



Qədir Rüstəmov 2011-ci il dekabr ayının 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakıda dəfn edilib.
Dünən, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
Dünən, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
Dünən, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
Dünən, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Dünən, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
Dünən, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
Dünən, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
Dünən, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO
Dünən, 12:58
Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə: Qeydiyyat başlanır
Dünən, 12:30
Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib
Dünən, 11:52
SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb - FOTO
Dünən, 11:34
Nərimanovda ağacların kütləvi şəkildə kəsilməsinin SƏBƏBİ MƏLUM OLDU - FOTO - VİDEO
Dünən, 11:00
Yasamalda sakinlər təhlükə siqnalı verirlər - "Melissa Group"a daxil olan MTK ilə bağlı şikayət
Dünən, 10:50
Peyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı
Dünən, 10:32
İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub - FOTO
15-04-2026, 18:46
Paşinyan: "Uşaqlar Azərbaycanla sərhəddə futbol oynayırlar"
15-04-2026, 18:44
ABŞ və İran atəşkəs müddətini uzadır?
15-04-2026, 18:32
Suraxanı və Sabunçunun bəzi ərazilərinin qaz təchizatı məhdudlaşdırılacaq
15-04-2026, 17:31
Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ
15-04-2026, 16:38
Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI
15-04-2026, 15:34
"Sea Breeze Resort"a 55 hektar əlavə torpaq sahələri ayrıldı - BAŞ NAZİRDƏN QƏRAR
15-04-2026, 14:03
Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA
15-04-2026, 14:00
AFFA "Qarabağ" klubunu 700 manat cərimələdi
15-04-2026, 13:56
Yanvar-mart aylarında 11.5 min şəxsə əlillik təyin olunub
15-04-2026, 13:27
Peşə hazırlığı kursları niyə GEC BAŞLAYIR? - Rəsmi AÇIQLAMA