Elçin Mirzəbəyli: "Əlilliyin qiymətləndirilməsində mövcud mexanizm beynəlxalq yanaşmanı tam əks etdirmir"
Gündəm / Müsahibə
20 noy 2025 | 16:56
Sosial müdafiə sistemində ən həssas sahələrdən biri olan əlilliyin müəyyənləşdirilməsi istiqamətində normativ-hüquqi, təşkilati və funksional çatışmazlıqların yaratdığı sistemli ziddiyyətlər, təəssüf ki, hələ də qalmaqdadır və bu sahədəki problemlər təkcə texniki xarakter daşımır, sosial siyasətin mahiyyətinə təsir edən daha dərin struktur uyğunsuzluqlardan qaynaqlanır".

Azerimedia.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, əlillik qiymətləndirilməsində tibbi modeldən sosial modelə tam keçidin başa çatmaması ən fundamental ziddiyyətlərdən biridir:

"Beynəlxalq standartlar əlilliyi tibbi diaqnozun nəticəsi kimi deyil, insanın funksional imkanları ilə sosial mühit arasındakı qarşılıqlı təsirin nəticəsi kimi dəyərləndirir. Lakin mövcud mexanizm bu yanaşmanı tam əks etdirmir. Bu, eyni tibbi diaqnoza malik şəxslərin fərqli sosial şəraitdə olduqları halda eyni kateqoriyaya daxil edilmələrinə və ya sosial iştirak imkanları nəzərə alınmadan kateqoriyadan kənarda qalmalarına gətirib çıxarır.

Əlilliyin qiymətləndirilməsində istifadə olunan məlumat mənbələrinin dağınıq olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Vahid elektron informasiya platformasının tam formalaşmaması səbəbindən müxtəlif səhiyyə müəssisələrinin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar yaranır və bu da qərarların vahid standartlara uyğunlaşdırılmasını çətinləşdirir. Bəzi anlayışların, xüsusilə də funksional itki dərəcəsi, davamlı fəsad, iş qabiliyyətinin məhdudluğu kimi kriteriyaların tətbiqində vahid yanaşmanın olmaması subyektiv şərhlərə meydan yaradır.

Vətəndaşla ünsiyyət mexanizmlərinin yüksək səviyyədə olmaması, qərarların mahiyyətinin yetərincə və anlaşılan bir şəkildə izah edilməməsi, eləcə də apellyasiya mexanizmlərinin səmərəli çalışmaması bir sıra hallarda inamsızlığa yol açır. Əlilliyin qiymətləndirilməsində islahatlar yalnız sosial müdafiə sahəsini deyil, səhiyyəni, informasiya idarəçiliyini, əmək bazarını və hüquqi-normativ çərçivəni əhatə etməli, geniş institusional dəyişikliklərlə müşayiət olunmalıdır".

E.Mirzəbəyli əlavə edib ki, həm sosial müdafiə, həm də əlilliyin qiymətləndirilməsi sahəsində daha çevik, şəffaf və real iqtisadi-sosial şəraitə uyğunlaşdırılmış idarəetmə modelinə ehtiyac duyulduğu açıq şəkildə görünür:

"Bu gün təqdim olunan büdcə layihəsi növbəti il üçün öhdəlikləri təmin etsə də, dövlətimizin sosial siyasətinin uzunmüddətli davamlılığı üçün struktur islahatlarının aparılması qaçılmazdır. Bu islahatlar dövlətin sosial öhdəliklərinin daha dayanıqlı şəkildə icrasına, vətəndaş məmnunluğunun artmasına xidmət edəcək. Ümid edirəm ki, qeyd olunan istiqamətlərdə islahatların davam etdirilməsi nəzərdə tutulur".
Dünən, 16:23
Emin Əmrullayev müəllimlərin MAAŞ ARTIMI məsələsinə aydınlıq gətirdi
Dünən, 16:21
Xocalıda 25 ailəyə evlərinin açarları təqdim olunub
Dünən, 16:20
Rusiya Kiyevdə Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasından təəssüfləndiyini BİLDİRİB
Dünən, 16:18
Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb
Dünən, 15:00
Aytən Səfərovadan narazı qaldığı üçün özünü yandırmaq istəyən də olub" - Klinikadan cavab
Dünən, 11:29
Göygöl və Biləsuvarda heyvan bazarlarında infrastrukturun yenilənir
Dünən, 11:27
Sumqayıtda yeni nəqliyyat mübadilə mərkəzi yaradıldı
Dünən, 11:25
Pentaqon Ukraynaya ayrılmış yardımın 30 milyon dollarını ABŞ-də mineralların istehsalına yönləndirdi
Dünən, 10:40
Prezident: "Biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik"
Dünən, 10:31
Nazir: "Pakistan Azərbaycanın D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyir"
Dünən, 09:44
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Dünən, 09:43
Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Dünən, 09:37
Rusiya-Ukrayna münaqişəsinin mümkün bitmə tarixi açıqlandı
Dünən, 09:18
Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı - TAM MƏTN
20-11-2025, 18:32
Erməni ekspertlər sabah Bakıya səfər edəcəklər
20-11-2025, 18:30
Dünyanın idman elitası Azərbaycanda bir araya gələcək: "SportAccord Convention" 2026 üçün qeydiyyat açıq elan edilir
20-11-2025, 18:26
"8-ci km" bazarında nöqsanlar aşkarlanıb
20-11-2025, 17:54
Şuşada yeddi yeni yaşayış binası inşa ediləcək
20-11-2025, 17:33
Azərbaycanı dünya çempionatında 14 şahmatçı təmsil edəcək
20-11-2025, 17:29
Ələt Azad İqtisadi Zonasından elektrik qurğularının və xətlərinin köçürülməsinə 10 milyon manat ayrıldı
20-11-2025, 16:56
Elçin Mirzəbəyli: "Əlilliyin qiymətləndirilməsində mövcud mexanizm beynəlxalq yanaşmanı tam əks etdirmir"
20-11-2025, 16:35
Bu ilin ilk doqquz ayında kartof idxalı kəskin artıb
20-11-2025, 16:00
2476 MM 2026-cı il üçün yaşayış minimumunun məbləğini təsdiq etdi
20-11-2025, 15:38
İnsanlar pavilyonsuz dayanacaqlardan narazıdırlar: "Avtobus məhəl qoymur"
20-11-2025, 11:15
Xalq artisti Qədir Rüstəmovun doğum günüdür
20-11-2025, 11:12
Heyvan bazarlarında nəzarət tədbirləri davam etdirilir
20-11-2025, 11:11
İdarə rəisi iki gün əvvəl "Cloudflare" səbəbindən saytlarda yaranan problemdən DANIŞDI