Aytən Səfərovadan narazı qaldığı üçün özünü yandırmaq istəyən də olub" - Klinikadan cavab
Gündəm / Şikayətlər
21 noy 2025 | 15:00
Caspian International Hospital" əvvəllər orada çalışmış tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.

Azerimedia.Az xəbər verir ki, klinikadan "Qafqazinfo"ya sözügedən iddiaların əsassız olduğu bildirilib.

"Aytən Fəxrəddin qızı Səfərova klinikamızda fasilələrlə uzun müddət çalışıb. Lakin onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu, sonsuzluğun müalicəsində effektivliyin azaldığı nəzərə alınaraq 2024-cü il dekabrın 11-də əmək müqaviləsinə xitam verilib. A.Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib, nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Analitik Tibbi Ekspertizaya həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub", - deyə açıqlamada vurğulanıb.

Həmçinin qeyd edilib ki, A.Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib: "Vəkil məsələnin aydınlaşdırılması üçün görüşə dəvət olunsa da, bundan imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır".

Xatırladaq ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən Aytən Səfərovanın icazəsi olmadan ona yeni bank kartının sifariş olunması və hesabından 11 min manat vəsaitin mənimsənilməsi ilə bağlı iddia yayılmışdı.
Dünən, 16:23
Emin Əmrullayev müəllimlərin MAAŞ ARTIMI məsələsinə aydınlıq gətirdi
Dünən, 16:21
Xocalıda 25 ailəyə evlərinin açarları təqdim olunub
Dünən, 16:20
Rusiya Kiyevdə Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasından təəssüfləndiyini BİLDİRİB
Dünən, 16:18
Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb
Dünən, 15:00
Aytən Səfərovadan narazı qaldığı üçün özünü yandırmaq istəyən də olub" - Klinikadan cavab
Dünən, 11:29
Göygöl və Biləsuvarda heyvan bazarlarında infrastrukturun yenilənir
Dünən, 11:27
Sumqayıtda yeni nəqliyyat mübadilə mərkəzi yaradıldı
Dünən, 11:25
Pentaqon Ukraynaya ayrılmış yardımın 30 milyon dollarını ABŞ-də mineralların istehsalına yönləndirdi
Dünən, 10:40
Prezident: "Biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik"
Dünən, 10:31
Nazir: "Pakistan Azərbaycanın D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyir"
Dünən, 09:44
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Dünən, 09:43
Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Dünən, 09:37
Rusiya-Ukrayna münaqişəsinin mümkün bitmə tarixi açıqlandı
Dünən, 09:18
Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı - TAM MƏTN
20-11-2025, 18:32
Erməni ekspertlər sabah Bakıya səfər edəcəklər
20-11-2025, 18:30
Dünyanın idman elitası Azərbaycanda bir araya gələcək: "SportAccord Convention" 2026 üçün qeydiyyat açıq elan edilir
20-11-2025, 18:26
"8-ci km" bazarında nöqsanlar aşkarlanıb
20-11-2025, 17:54
Şuşada yeddi yeni yaşayış binası inşa ediləcək
20-11-2025, 17:33
Azərbaycanı dünya çempionatında 14 şahmatçı təmsil edəcək
20-11-2025, 17:29
Ələt Azad İqtisadi Zonasından elektrik qurğularının və xətlərinin köçürülməsinə 10 milyon manat ayrıldı
20-11-2025, 16:56
Elçin Mirzəbəyli: "Əlilliyin qiymətləndirilməsində mövcud mexanizm beynəlxalq yanaşmanı tam əks etdirmir"
20-11-2025, 16:35
Bu ilin ilk doqquz ayında kartof idxalı kəskin artıb
20-11-2025, 16:00
2476 MM 2026-cı il üçün yaşayış minimumunun məbləğini təsdiq etdi
20-11-2025, 15:38
İnsanlar pavilyonsuz dayanacaqlardan narazıdırlar: "Avtobus məhəl qoymur"
20-11-2025, 11:15
Xalq artisti Qədir Rüstəmovun doğum günüdür
20-11-2025, 11:12
Heyvan bazarlarında nəzarət tədbirləri davam etdirilir
20-11-2025, 11:11
İdarə rəisi iki gün əvvəl "Cloudflare" səbəbindən saytlarda yaranan problemdən DANIŞDI