Azərbaycan Din Xadimlərinin II Forumunda İlham Əliyevə müraciət ünvanlanıb
Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.
Azerimedia.Az xəbər verir ki, müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident,
Biz - Azərbaycandakı müxtəlif dini konfessiyaları təmsil edən din xadimləri Zati-alinizə dərin ehtiramımızı çatdırır, göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə minnətdarlığımızı bildiririk.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri modeli sizin müdrik siyasi iradənizlə zamanın çağırışlarına uyğun şəkildə daha da gücləndirilmiş, ölkəmizdə bütün dinlərin nümayəndələrinin qanunla təsbit olunmuş etiqad azadlığından sərbəst istifadə etməsi üçün şərait yaradılmışdır. Bu siyasət nəticəsində dini icmalar öz fəaliyyətlərini azad və şəffaf şəkildə həyata keçirir, sıx əməkdaşlıq edirlər. Dövlət tərəfindən dini abidələrin qorunması, bərpası və yenilərinin inşası, din xadimlərinin sosial təminatı, dini təhsil və maarifləndirmə sahəsində həyata keçirilən kompleks tədbirlər milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir. Zati-alinizin rəhbərliyi altında görülən işlər dini icmaların fəaliyyətini dəstəkləməklə yanaşı, xalqımızın mənəvi həyatını zənginləşdirir, tarixi-mədəni irsin qorunmasına, yüksək əxlaqi və vətənpərvər keyfiyyətlərin təşviqinə dəyərli töhfələr verir.
Müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə Müzəffər Ali Baş Komandan kimi sizin müdrik rəhbərliyinizlə qazandığımız və bu il 5 illiyini qeyd etdiyimiz Vətən müharibəsi Zəfəri tarixə xalqımızın iradəsinin və birliyinin təcəssümü kimi qızıl hərflərlə yazılmışdır. Müharibənin bitməsindən dərhal sonra sülh çağırışı etməklə siz xalqımızın yüksək mənəvi keyfiyyətlərini, humanist və ədalətsevər ruhunu bir daha parlaq şəkildə nümayiş etdirdiniz. Növbəti dəfə sübut etdiniz ki, Azərbaycan bu qələbəni regionda davamlı sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması üçün fürsət kimi qiymətləndirir.
İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və yenidənqurma işləri dövlətimizin güclü iradəsinin, sizin uzaqgörən siyasətinizin qürurverici nəticələridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkə sərhədlərindən kənarda tarixi, mədəni və dini abidələrin bərpası, yenidən qurulması istiqamətində həyata keçirdiyi layihələr bütün dünyada ümumbəşəri mədəni irsin qorunmasına yönəlmiş nümunəvi təşəbbüslər kimi qiymətləndirilir. Bu layihələr həm də müxtəlif dini konfessiyaların, mədəniyyətlərin və xalqların tarixi irsinə dövlətimiz tərəfindən eyni dərəcədə hörmət və qayğı ilə yanaşıldığını göstərir, sivilizasiyalararası həmrəyliyin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.
Qlobal miqyasda dini və etnik gərginliklərin sürətlə artdığı, münaqişə və qarşıdurmaların beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam etdiyi müasir dövrdə Azərbaycanın unikal tolerantlıq və multikulturalizm təcrübəsinin əhəmiyyəti daha da aktuallaşır. Dünyanın bir çox ölkəsində islamofobiya, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik və dini-mədəni ziddiyyətlərin dərinləşdiyi, cəmiyyətlərdə qütbləşmə, qarşıdurma və etimadsızlıq hallarının müşahidə olunduğu məyusedici mənzərənin fonunda ölkəmizdə bütün dini, etnik icmalara hörmət və diqqətlə yanaşılması, müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dialoqun təşviq edilməsi sahib olduğumuz dövlət-din münasibətləri modelinin nə qədər uğurlu olmasının parlaq təzahürləridir. Heç şübhəsiz, Azərbaycan modeli regional və qlobal sülhün, humanizmin və sivilizasiyalararası dialoqun möhkəmlənməsini istəyən beynəlxalq ictimaiyyət üçün də misilsiz nümunədir.
Möhtərəm cənab Prezident!
Zati-aliniz əmin ola bilər ki, biz - Azərbaycanın din xadimləri ölkəmizdə milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsi mənəvi-əxlaq dəyərlərimizin təbliği istiqamətində yürütdüyünüz siyasətə bundan sonra da dəstək verəcək, yalnız dualarımızla deyil, həm də praktik fəaliyyətimizlə hər zaman yanınızda olacaq, doğma Vətənimizin tərəqqisi üçün səylərimizi daha da artıracağıq.
Fürsətdən istifadə edərək Zati-alinizi doğum gününüz, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin 5-ci ildönümü, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlətimizin daha da qüdrətlənməsi, xalqımızn rifahı naminə gördüyünüz müqəddəs işlərdə yeni müvəffəqiyyətlər diləyirik.
Tanrı Azərbaycanımızı qorusun və onun şanlı bayrağını daim yüksəklərdə dalğalandırsın!
Uca Yaradan Zati-alinizin rəhbərliyi altında dövlətimizə daim uğurlar nəsib etsin!
Amin".
Qeyd edək ki, müraciəti Hacı Cavad məscidinin imam müavini Peyman Xəlilov oxuyub.

12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub
11-08-2026, 13:37
Uitkof: İlham Əliyev milli maraqları, regional sabitliyi başa düşən lider kimi heyran etdi
11-08-2026, 13:30
Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər
11-08-2026, 13:25
"Fənərbağça" hücum xəttinə ulduz futbolçu gətirir - FOTO
11-08-2026, 13:16
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
11-08-2026, 13:00
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
11-08-2026, 12:34
Dünyada "Gunra" virusu yayılır: ABŞ və Cənubi Koreya hüquq mühafizə orqanları hərəkətə keçdi
11-08-2026, 12:30
Meteohəssas insanların NƏZƏRİNƏ
11-08-2026, 12:00
Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
11-08-2026, 10:23
"Azərenerji" proqram təminatının yenilənməsinə 2 milyon manat xərcləyəcək
11-08-2026, 09:58
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ