İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb
Gündəm
23 apr 2026 | 12:09
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Azerimedia.Az President.az-a istinadən müraciətin mətnini təqdim edir:

"Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini,

adət-ənənələrini əks etdirən "Kitabi-Dədə Qorqud" dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.

Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.

Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.

Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Dünən, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Dünən, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Dünən, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Dünən, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Dünən, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Dünən, 10:14
Dövlət universiteti işçilər axtarır
Dünən, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Dünən, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
21-09-2026, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
21-09-2026, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
21-09-2026, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
21-09-2026, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
21-09-2026, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
21-09-2026, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
21-09-2026, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
21-09-2026, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
21-09-2026, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
21-09-2026, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
21-09-2026, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
21-09-2026, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI