Polis Günü ilə əlaqədar təntənəli mərasim keçirilib - FOTO - VİDEO
Gündəm / Video
2 iyl 2026 | 13:05
Azərbaycan polisinin yaranmasının 108-ci illiyi münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Azerimedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Polis Gününə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.

O, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, müasir dövrün çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini bildirib.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyi qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın sürətlənməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi vurğulanıb.

Cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkür ifadə olunub.

General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının qazanılan uğurlardakı rolunu xüsusi vurğulayan daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.


















3-09-2026, 14:16
3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər
3-09-2026, 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
3-09-2026, 14:10
ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
3-09-2026, 14:05
Türkiyədə anbar ərazisində güclü yanğın baş verib - FOTO - VİDEO
3-09-2026, 14:00
Bu gündən Azərbaycanda yeni qaydalar qüvvəyə mindi
3-09-2026, 13:08
Alen Simonyan Bakıya səfər edəcək?
3-09-2026, 12:50
Ermənistan tələyə düşüb, “peşka” rolunu oynayır - Danielyan
3-09-2026, 12:40
Əhməd Davudoğluya qarşı istintaq başladıldı
3-09-2026, 12:00
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı: Onların ailə üzvləri danışdılar - FOTO
3-09-2026, 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
3-09-2026, 11:18
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
3-09-2026, 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
3-09-2026, 10:30
İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
3-09-2026, 10:20
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
3-09-2026, 09:30
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
2-09-2026, 10:42
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
2-09-2026, 10:14
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
2-09-2026, 09:46
Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM
2-09-2026, 09:30
Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
1-09-2026, 14:00
Sahibə Qafarova bu vəzifəyə namizəd oldu
1-09-2026, 13:59
Bakıda ev almağın ən sərfəli yolu budur
1-09-2026, 13:57
TƏBİB-in tabeliyindəki bu qurumda yeni təyinatlar olub
1-09-2026, 13:53
Xaçmazın kəndinə sel gəlib - VİDEO
1-09-2026, 12:46
7568,9 hektar ərazi minalardan təmizlənib
1-09-2026, 12:24
89 uşaq övladlığa verilib
1-09-2026, 12:03
Deputatlar tətildən qayıtdı - İndi nə edəcəklər?
1-09-2026, 11:28
Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər - FOTO