Prokurorluq orqanlarında sistemli iş prinsipi Eyni zamanda bu sistemə olan dövlət dəstəyi
Gündəm
27 noy 2023 | 10:40


Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başladı. Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanunlar, eləcədə bir sıra mühüm normativ hüquqi aktlar bütövlükdə demokrativ cəmiyyətdə prokurorluğun yerini və rolunu müəyyən etmişdir.
Azərbaycan Respublikası prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsi üçün dövlət proqramının reallaşdırılması nəticəsində prokurorluq orqanlarının fəaliyyəti və strukturları son dərəcə təkminləşdirilmiş kadr potensialı gücləndirilmiş, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması habelə əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
“Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında 2009-2011-ci il tarixli Sərəncam ölkə başçısının prokurorluğa və prokurorluğ işçilərinə göstərdiyi qayğının parlaq bir təzahürüdür. Son illər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində respublikamızda ictimai-siyasi sabitliyə nail olmuş, vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyini təmin edən dünyəvi quruculuğu istiqamətində mütərəqqi hüquqi islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsinə real təminat yaradılmışdır. Fərəh hissi ilə qeyd edilməlidir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən, onun cəmiyyətdə rolunu müəyyənləşdirən hüquqi bazanın yaradılması Heydər Əliyevin rəhbərliyi və tövsiyyələri sayəsində mümkün olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də hakimiyyətə ikinci qayıdışından sonra imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və qanun qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ölkədə cinayətkarlıqla mübarizənin, vətəndaşların hüquqi və qanuni mənafelərinin qorunması işində müstəsna rol oynamışdır. İstintaqın keyfiyyətinin yaxşılaşdırılması, istintaq üzərində prokuror nəzarətinin səmərəliliyinin artırılması, digər hüquqi mühafizə orqanları ilə yeni müstəvidə sağlam və işgüzar qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinin nəticəsidir ki, böyük ictimai əks-səda doğurmuş, uzun müddət açılmamış qalmaqla ictimaiyyətin narazılığına səbəb olan bir çox ağır cinayətlərin açılması və cinayətkarların məhkəmə məsuliyyətinə verilməsi təmin olunmuşdur. Azərbaycan prokurorluğunda məhkəmə hüquqi islahatlarının tərkib hissəsi kimi həyata keçirilən yeniləşmə prosesi və struktur dəyişiklikləri beynəlxalq təşkilatlar tərəfindən, ilk növbədə Avropa Şurasının müvafiq təhsisatları, o cümlədən hüquqi əlaqələr departamenti, 80-dən artıq dövlətin prokuror orqanlarını birləşdirən Beynəlxalq Prokurorluq Assosiyasının tərəfindən müsbət qiymətləndirilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, prokurorluq orqanları əməkdaşlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Ölkə başçısının sərəncamları ilə prokurorluq əməkdaşlarından bir qrup yüksək dövlət mükafatları ilə təltif edilmiş, ali xüsusi rütbələrə layiq görülmüşdür ki, bu da prokurorluq orqanlarına dövlət qayğısının bariz nümunəsidir. “Azərbaycan Respublikası prokurorluqorqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamla prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının ratırılması respublika rəhbərliyi tərəfindən bu orqana böyük diqqət və qayğıkeş münasibətin əyani təzahürüdür. Bu sərəncam Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramında nəzərdə tutulmuş tədbirlər sırasında hüquq-mühafizə orqanlarında qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Yuxarıda qeyd olunduğu kimi, bu gün müasir Azərbaycan prokurorluq orqanlarının fəaliyyəti üçün beynəlxalq təcrübə nəzərə alınmaqla bütün zəruri normativ hüquqi baza yaradılmışdır. Dövlət dəstəyi əməkdaşlar üçün yaradılan lazımı iş şəraiti, onların maddi-texniki təminatı və digər məsələlər Azərbaycan prokurorluğunun birinci növbədə cinayət təqibi zamanı və qanunla nəzərdə tutulmuş digər hallarda vətəndaşlarımızın hüquq və azadlıqlarının çevik təminatçısı kimi fəaliyyət göstərməsinə zəmin yaratmışdır.

Sərdar İmanov,
Xətai rayon prokuroru
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start