Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
Gündəm
25 yan 2024 | 14:57
Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü il yanvarın 25-də Bakıda anadan olub. Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

O, bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilib.

Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlib. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan birinə çevrilib.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı, o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb və burada neft buruqları ucaldılıb. Bu, Hacını da maraqlandırıb və o, podratçılığı buraxaraq neft işinə başlayıb.

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verib və ən yeni avadanlıq quraşdırıb.

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o, neft zavodları alıb. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu, bütün Qafqazda yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə başlayıblar. 1900-cü ildə hazır olub. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişib. İnsanların mülkiyyəti əlindən alınıb, milli kadrlar və ziyalılar təqib edilməyə başlanıb. Hər şey Rusiyanın maraqlarına yönəlib. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.

2023-cü il yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib.
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub