Ermənistanın təqdim etdiyi yeni mina xəritələri də yanlış və yararsızdır
Gündəm
12 fev 2024 | 11:43
Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib.

ANAMA-dan verilən xəbərə görə, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu, Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.

"Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir",- deyə ANAMA-nın məlumatında qeyd olunur.
Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start