Fəxr ediləsi görkəmli xadim
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri çoxəsrlik tariximizin ən şanlı səhifələrini təşkil edir.
Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri mümkündür. Bütün mənalı ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr edən şəxsiyyətin gördüyü işlər zamana sığmır.
Bu günlər respublikamızın bütün guşələrində ümummilli liderimiz, böyük dövlət xadimi, Heydər Əliyevin 101-ci ildönümü böyük təntənə və coşqu ilə qeyd olunur.
İnsan ömrü tarixin gedişində çox qısadır. Lakin elə insanlar var ki, onların həyatı nəinki öz dövlətlərinin, hətta gələcək əsrlərin də yaddaşına silinməz izlərlə həkk olunur. Necə ki Azərbaycan xalqını dünyaya tanıtdıran Nizami, Füzuli, Xətai ömrü tək onların yaşadığı dövrü deyil, əsrlərdən sonra gələn bizim dövrümüzdə də əhəmiyyətini saxlayır və bundan sonra da saxlayacaq.
Tanrının XX əsrdə bizə bəxş etdiyi belə böyük dühalardan biri də Azərbaycan xalqının böyük oğlu, bütün dünya Azərbaycanlılarının ümummilli lideri, türk dünyasının fəxr edəcəyi görkəmli xadim, Ulu öndər Heydər Əlirza oğlu Əliyevdir.
Biz xoşbəxt insanlarıq ki, belə bir insanın yaşadığı dövrün şahidləriyik. Bu gün elə bir yazıçı, şair tapılmaz ki, onun fəaliyyəti barədə nə isə yazmasın. Dünyanın yüzlərlə adamı məhz Heydər Əliyevin fəaliyyətinə münasibət bildirdikləri üçün məşhurlaşıblar.
Onun öz böyük strategiyası üzərində qurduğu siyasəti, uzaqgörənliyi, dərin biliyi və qeyri-adi bacarığı sayəsində Azərbaycan xalqı üçün gördüyü işlərin nəticəsi və əks-sədası gələcək nəsillərin müstəqil, azad və firavan yaşamasına əsaslı bazadır. Bu baza hegemon dövlətlər tərəfindən Azərbaycanın gələcək müqəddəratının həllində də əsas götürüləcəkdir.
Ulu öndərin 1993-cü ildə yenilmədən hakimiyyətə qayıdışı Azərbaycan üçün “olum, və ya ölüm” deleması qarşısında qaldığı bir zamana təsadüf etdi. Azərbaycanın qardaş qırğını ərəfəsində hakimiyyətə gələn H.Əliyev özünün xalq arasındakı nüfuzunu, hüquqi mənada ağsaqqallığını, bilik və bacarığını, hətta ona qarşı hər an törədilməsi ehtimal olunan təhlükədən çəkinmədən həyatını ortaya qoyaraq xalqı zorən sürükləndiyi bu bəladan xilas edə bildi. “Həyatımın bundan sonrasını da xalqıma həsr edəcəyəm” deyərək siyasi arenaya çıxan ulu öndər təkcə əcnəbilər tərəfindən qızışdırılıb fitnəkarlığa sövq edilən daxili yaramazların cavabını vermədi, həm də onların xarici himayədarlarını bu işdən çəkinməyə vadar etdi.
Bundan sonrakı proseslərdə balanslaşdırılma siyasətinə üstünlük verərək, qonşu Rusiya, İran və Türkiyə kimi böyük dövlətlərlə normal qonşuluq prinsiplərinə uyğun siyasi kurs yürüdərək doğma Azərbaycanı öz təbii resurslarına sahib çıxmağa qadir bir ölkə olaraq beynəlxalq aləmdə tanıtdıra bildi.
Dünyanın gözləri dikildiyi Azərbaycan neftini dünya bazarına çıxartmaq üçün əsas ortaq tərəfdaş kimi planetdə supergüc nəhəng hegemon dövlət sayılan ABŞ-ı seçdi. Belə bir addımın qarşısında istəməsələr belə bəzi Avropa ölkələri Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldılar.
Ulu öndər bu gün sağ olsaydı 101 yaşı tamam olacaqdı. Onun faydalı məsləhətlərinə hamının ehtiyacı var.
Azərbaycanın bu günkü dinamik inkişafında onun uğurlu göstərişləri əsasında istiqamət götürəcək həyatın bütün sahələri sürətlə inkişaf edəcəkdi.
Heydər Əliyev şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir siyasi və həyat məktəbidir. Heydər Əliyev irsi zəngin bir xəzinədir və bu irsin öyrənilməsi bugünkü və gələcək nəsillər üçün olduqca vacibdir.
Elsevər Hüseynov,
Füzuli şəhər S. Şuşinski adına
1 nömrəli uşaq incəsənət
məktəbin direktoru
Füzuli şəhər S. Şuşinski adına
1 nömrəli uşaq incəsənət
məktəbin direktoru
Bu gün, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bu gün, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Bu gün, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Bu gün, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Bu gün, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Bu gün, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Bu gün, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Bu gün, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Bu gün, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Bu gün, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
Dünən, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
Dünən, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
Dünən, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Dünən, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
Dünən, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Dünən, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı
Dünən, 10:56
Ən şərəfli peşə sahibi
Dünən, 10:34
Baş nazir bu universitetlərlə bağlı qərar verdi
Dünən, 10:31
Milli Qəhrəmanın müəllim atası Müəllimlər Günündə VƏFAT ETDİ
Dünən, 10:15
Əli Əsədovdan duracaq və qarajlarla bağlı qərar
Dünən, 10:00
XİN-dən dron hücumunda həlak olan Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA
Dünən, 09:00
Ukrayna Moskvanı vurdu - ÖLƏN VAR
5-10-2026, 17:30
Havalar soyudu: Evlərə istilik vaxtından əvvəl veriləcək? - RƏSMİ
5-10-2026, 16:58
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
5-10-2026, 16:50
Azərbaycanda tauna yoluxan var?
5-10-2026, 16:20
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın: Ölənlər var - Foto/Video
