Yaxın tarixin əbədi heykəli
Gündəm
7 may 2024 | 13:35


Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizin inkişaf yolunu, milli strategiya və taktikasının əsaslarını, xarici siyasətinin başlıca istiqamətlərini, milli idealogiyanın təməl prinsiplərini, sosial-iqtisadi sahədə qarşıda dayanan vəzifəni, ümummilikdə, xalqımızın gələcək inkişafı ilə bağlı məsələləri elmi-nəzəri və praktik şəkildə müəyyən etmiş və bununla əlaqədar çox böyük irs qoymuşdur. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkə dağılmaqdan və fəlakətdən xilas oldu.
Həmin illərdə Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin nə qədər ağır olduğu yaddaşlardan silinməyib. Çətin və mürəkkəb problemlərin həlli istiqamətində Heydər Əliyevin həyata keçirdiyi siyasət böyük bir təcrübə məktəbidir. Ulu öndərin həyata keçirdiyi siyasət sayəsində ilk növbədə ölkədə qanunçuluq bərqərar edildi. Heydər Əliyevin nəcib mənəvi keyfiyyətləri həmişə onun siyasi fəaliyyətinin bütün mərhələlərində özünü göstərmişdir. Zəngin mənəvi keyfiyyətləri sayəsində Heydər Əliyev ictimai fikirdə hər zaman xilaskarlıq mücəssəməsi kimi qəbul olunmuşdur.1993-cü ilin iyununda canı, qanı bahasına müstəqillik əldə etmiş, vətəndaş qarşıdurmasına, xaosa və anarxiyaya qarşı birləşmiş müdrik xalqımız çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtmasında görmüşdür. Xalqın təkidi ilə Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, respublikamızın başı üstünü almış digər ciddi təhlükələrin aradan qaldırılmasına nail olmuşdur. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ilin 12 noyabrnda ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafı prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Bu gün inamla deyə bilərik ki, konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycan, bütün maneələri dəf edərək, 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft müqavilələrini imzalaya bildi. Bu tarixi bir addım olmaqla, Heydər Əliyevin yeni neft strategiyasının uğurlu təntənəsi idi. Tarixə öz möhürünü vurmuş liderlər kimi, ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı inam amilinə söykənmiş, milli birliyə və həmrəyliyə xidmət edən siyasət ortaya qoymuşdur. Ümummilli lider müdrik siyasi xadim kimi dövlətçiliyin möhkəm təməllər üzərində formalaşması baxımından hüquqi dövlətin qurucusudur.
Bu gün Azərbaycan xalqı dahi şəxsiyyət, uzaqgörən siyasətçi və ümummilli lider Heydər Əlirza oğlu Əliyevin doğum günündən ötən 101 ili qarşılayır. Bütün idarə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu münasibətlə tədbirlər keçirilir. Bu kimi tədbirlər Heydər Əliyevə ümumxalq məhəbbətinin əyani sübutudur.
Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik məktəbi Azərbaycanı yaxın tariximizin ən keşməkeşli sınaqlarından uğurla çıxarmaqla yanaşı, ölkəmizin prespektiv inkişafının da təməl konturlarını əsaslı şəkildə müəyyənləşdirmişdir. Prezident İlham Əliyev ulu öndərin parlaq şəxsiyyətini və zəngin siyasi irsini çox yüksək qiymətləndirərək, mükəmməl şəkildə belə xarakterizə edir: “Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun əməlləri, siyasəti, ideyaları qəlbimizdə əbədi yaşayacaqdır”.
Biz, Ulu Öndərə bir daha ruhu şad olsun deyirik!

Mübariz Əhmədzadə,
Zaqatala rayon icra hakimiyyətinin başçısı
Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Dünən, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Dünən, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Dünən, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Dünən, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Dünən, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Dünən, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Dünən, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Dünən, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Dünən, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Dünən, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Dünən, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Dünən, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Dünən, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Dünən, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
6-10-2026, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
6-10-2026, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
6-10-2026, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
6-10-2026, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
6-10-2026, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
6-10-2026, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
6-10-2026, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı