Rusiya Xankəndidə baş konsulluq açır
Gündəm
28 may 2024 | 13:49
Rusiya Federasiyasının (RF) Federasiya Şurasında Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RF Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb.

Q.Karasin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daim mehriban qonşuluq ənənələri, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında inkişaf edir.

“Rusiya və Azərbaycan parlamentarilərinin qarşılıqlı fəaliyyətinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edirik”, - deyə Q. Karasin vurğulayıb.

Onun sözlərinə görə, ikitərəfli formatda və beynəlxalq platformalarda, xüsusilə Parlamentlərarası Birlikdə, MDB-nin Parlamentlərarası Assambleyasında, Asiya Parlament Assambleyasında fəal əməkdaşlıq dəstəklənir. Q. Karasin mayın 1-3-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrini vurğulayıb.

“Rusiya Federasiyası Federal Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının 21-ci iclasına hazırlaşırıq”, - deyə o, bildirib. Tədbir iyunun 20-21-də Moskva və Tver şəhərlərində keçiriləcək. 2024-2026-cı illər üçün İş planının (“Yol xəritəsi”) imzalanması planlaşdırılır.

FS Komitəsinin rəhbəri Milli Məclisin sədri üçün iyulun 11-12-də BRİKS-ın X Parlament Forumunun Sankt-Peterburqda keçiriləcək işində iştirak etmək dəvətini təsdiqləyib.

Söhbət zamanı habelə konsulluq sahəsində və mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətə toxunulub. Söhbət xüsusilə, Rusiyanın Xankəndidə baş konsulluğunun yaradılması və Azərbaycanın Rus Dilinin Dəstəklənməsi və Təbliği üzrə Beynəlxalq Təşkilata qoşulması məsələsini əhatə edib.

Tərəflər regional və beynəlxalq gündəm məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Səməd Seyidov görüşdən məmnunluğunu ifadə edib və əlaqələrin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman