Azərbaycan ilə Surinam arasında ilk siyasi məsləhətləşmələr aparılıb
Gündəm
5 mar 2025 | 14:08
Martın 3-5-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Surinam Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, missiyanın tərkibinə İqtisadiyyat, Energetika, Elm və Təhsil, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “AzərGold” QSC nümayəndələri daxildir.

Səfər zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Surinamın xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq naziri Albert Ramdin, nazir müavini xanım Miriyam Makkintoş ilə görüşüb.

Görüşlərdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində ötən ilin noyabr ayında ölkəmizə səfər etmiş Surinam Prezidenti Çan Santoxi ilə Prezident İlham Əliyevin görüşünun nəticəsi olaraq Surinama Azərbaycan hökumətinin missiyasının gəlişi qarşı tərəfdən yüksək qiymətləndirilib və hər iki tərəf üçün maraq doğuran məsələlər, o cümlədən yüksəksəviyyəli səfərlərin mübadiləsi, sərmayə, nəqliyyat, yaşıl enerji, humanitar, elm və təhsil, mədəniyyət və digər mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Surinam xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq nazirliyi arasında birinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Surinamın xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq nazirinin müavini Miriyam Makkintoş rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda Surinamın Xarici İşlər Nazirliyində təqdimatla çıxış edib.

Təqdimatdan sonra Elnur Məmmədov Surinamın “CDS” dövlət media agentliyinə müsahibə verib.

Hökumət missiyasının üzvləri üçün Surinamın müvafiq dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Müxtəlif sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı Azərbaycanın hökumət missiyasının üzvləri “Staatsoile” dövlət neft şirkətində görüş keçirib, “Tout Lui Fo” neft emalı zavoduna tanışlıq turu təşkil edilib.


9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start