Ağdərədə minaya düşən kişinin VƏZİYYƏTİ AĞIRDIR
Hadisə
10 iyl 2025 | 15:31
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 10-u, saat 08:30-da 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

"Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.



09:53

Ağdərədə minaya düşən şəxs xəstəxanaya yerləşdirilib.

46 yaşlı Q.Quliyevə Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Hazırda yaralı Q.Quliyev əməliyyata götürülüb. Onun sol ayağının topuq nahiyəsi amputasiya olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

09:42

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

09:32

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Hadisə rayon ərazisindəki boş sahədə qeydə alınıb.

Partlayış nəticəsində rayonun Şıxarx qəsəbə sakini Qulu Tufan oğlu Quliyev xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisə ilə bağı araşdırma aparılır.
Dünən, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Dünən, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Dünən, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
Dünən, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
Dünən, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
Dünən, 10:14
Dövlət universiteti işçilər axtarır
Dünən, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
Dünən, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
21-09-2026, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
21-09-2026, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
21-09-2026, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
21-09-2026, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
21-09-2026, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
21-09-2026, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
21-09-2026, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
21-09-2026, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
21-09-2026, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
21-09-2026, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
21-09-2026, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
21-09-2026, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI