DTX-dən əməliyyat: Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşları həbs olundular
Hadisə
3 fev 2026 | 10:10
Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar.

Azerimedia.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir:

"Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olub, itkin düşmüş və ya yaralanıb bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Real Eldəniz oğlu Nəbiyev, 1993-cü il təvəllüdlü Faris Famil oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Ali Elnur oğlu Məmmədov və Murov Həsən oğlu Mirhəşimlinin Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcək".
Bu gün, 14:30
Masallıda narazılıq: "Çör-çöplə, təzəklə ev qızdırırıq" - Video
Bu gün, 14:21
Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Bu gün, 13:50
Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi
Bu gün, 13:30
Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman
Bu gün, 13:23
İşdən çıxarılan generala yeni vəzifə verildi
Bu gün, 13:22
İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı
Bu gün, 12:50
Maliyyə naziri: "Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə 1.4 milyard manat ayrılacaq"
Bu gün, 12:40
Neftçalada 57 yaşlı kişinin meyiti su kanalından tapılıb
Bu gün, 12:31
Mikayıl Cabbarov: "Qeyri-neft-qaz ixracı 4.2 milyard dolları ötəcək"
Bu gün, 12:30
Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər
Bu gün, 12:10
Dövlət agentliyi müddətdən artıq hərbi xidmətə qəbul elan etdi
Bu gün, 11:39
Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur
Bu gün, 11:30
Qazi İsmayıl Hüseynzadə faciəli şəkildə öldü
Bu gün, 11:02
Hökumət üzvləri Milli Məclisdə
Bu gün, 11:00
İctimai birlik və fond yalnız bir növdə yaradıla biləcək
12-11-2026, 18:06
Ət, yumurta və tərəvəz bu qədər bahalaşdı
12-11-2026, 17:56
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı - Rəsmi
12-11-2026, 17:20
Abşeronda təmirə bağlanan yolda hərəkət tam bərpa olundu - Video
12-11-2026, 17:02
Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video
12-11-2026, 16:30
Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - Foto/Video
12-11-2026, 15:30
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - Foto
12-11-2026, 12:16
Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
12-11-2026, 12:08
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
12-11-2026, 12:00
Ermənistanın Rusiyadakı səfiri geri çağırılır?
12-11-2026, 11:50
Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır
12-11-2026, 11:22
Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək
12-11-2026, 10:30
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı