Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Azerimedia.Az xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. İlkin məlumatlara əsasən, bu iş üzrə onunla birlikdə 33 yaşlı daha bir şəxsin də adı keçir. Onlar tamah məqsədilə və zor tətbiq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğunda ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi).
Kamensk-Uralsk şəhərinin Sinarsk Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şübhəlini istintaq təcridxanasına göndərib.
Xatırladaq ki, Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətl ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 16 avqust 2024-cü ildə cəzaçəkmə müəssisəsindən buraxılıb. Son vaxtlar Beloyarsk rayonunda yaşayıb. Tiqranın mühakimə olunduğu qətl hadisəsi böyük səs-küyə səbəb olmuşdu.
İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da o zaman 18 yaşı olan erməni idmançı Alpinistlər küçəsindəki "U Saşi" kafesində vaxt keçirirmiş. Eyni məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub. Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi davaya çevrilib. Bu zaman Tiqran rəqibinin sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Aldığı xəsarətlər nəticəsində azərbaycanlı futbolçu həyatını itirib. Tiqranın qardaşı Andranik Çiçakyan isə həmin insidentdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Dostlarının sözlərinə görə, dava zamanı onun alın sümüyü sındırılmışdı. Andranik 2017-ci ildə quldurluq və sağlamlığa ağır zərər vurma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İki il sonra yenidən quldurluq edərkən yaxalanıb və buna görə üç il müddətinə koloniyaya göndərilib. Tiqran özü azərbaycanlı futbolçunun qətlində günahını heç vaxt etiraf etməyib.
Xəbərdə bildirilir ki, Emil Hüseynov Azərbaycanda kifayət qədər tanınmış futbolçu olub. Onun karyerası ərzində "Neftçi", "Karvan" və "Abşeron" klublarının formasını geyindiyi vurğulanır. 2011-ci ildə peşəkar futbolla vidalaşan idmançının qohumunun biznesinə kömək etmək məqsədilə Yekaterinburqa köçdüyü bildirilir.





Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub