İcra hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən tutuldu
Hadisə
16 may 2024 | 11:00
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar Rafiq oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub