Sumqayıtda güclü partlayış baş verən yaşayış binasında axtarış-xilasetmə işləri başa çatdı
Hadisə
3 dek 2024 | 12:04
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bununla bağlı FHN-dən məlumat verilib.

Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.



09:38

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bununla bağlı FHN-dən məlumat verilib.

Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.







08:46

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə baş verən partlayış nəticəsində yaralı sayı artıb.

Hadisə nəticəsində beş nəfər yaralı çıxarılıb.

Onların vəziyyətinin orta ağır qiymətləndirilir.

08:42

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Bildirilib ki, hadisədə 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

08:36

03.12.2024-cü il tarixində saat 06:40-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.



08:08

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.









07:42

Sumqayıt şəhərində yaşayış binasında baş vermiş partlayışda azı üç nəfər yaralanıb, bir nəfərin dağıntılar altında qaldığı güman edilir.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Bildirilib ki, yaralılar xəstəxanaya aparılıblar. Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.








07:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri partlayış baş verən əraziyə cəlb olunublar.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

07:28

Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayışla bağlı polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olinub ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.



07:16

Sumqayıtda yaşayış binasında güclü partlayış baş verib.

Hadisə 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada olub.

Əraziyə təcili təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Sakinlərin təxliyəsi aparılır.

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

İlkin ehtimala görə, partlayış qaz sızmasından olub







Bu gün, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Bu gün, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Bu gün, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Bu gün, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Bu gün, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Bu gün, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Bu gün, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Bu gün, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Bu gün, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Bu gün, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Bu gün, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bu gün, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Bu gün, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Bu gün, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Bu gün, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Bu gün, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Bu gün, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Bu gün, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Bu gün, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Bu gün, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
Dünən, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
Dünən, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
Dünən, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Dünən, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
Dünən, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Dünən, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı