Hərbi xərclər üç trilyona çatır, iqlimə isə vəsait ayrılmır - Bakıdan dünyaya mühüm mesaj
İqtisadiyyat
7 sen 2026 | 10:30
Hərbi xərclər üç trilyona çatır, iqlimə isə vəsait ayrılmır - Bakıdan dünyaya mühüm mesaj
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) platforması bu həftə Bakıya 2500-ə yaxın iştirakçı cəlb edib".

Azerimedia.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın iqlim siyasətinin davamlılığını və COP29-un qazandığı impulsu irəliyə - danışıqlardan icraya, öhdəliklərdən isə praktiki fəaliyyətə daşımaq ölkəmizin əzmini əks etdirir:

"Bizim burada olmağımızın səbəbi budur və bu həftə birlikdə nail olmaq istədiyimiz məqsəd də məhz budur.

UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) son qiymətləndirmələri xəbərdarlıq edir ki, 1.5 dərəcəlik həddin keçilməsinin qarşısını almaq getdikcə çətinləşir.

Bunun səbəbini anlamaq üçün uzağa baxmağa ehtiyac yoxdur: istilər, quraqlıqlar, daşqınlar, meşə yanğınları, su qıtlığı, ərzaq sistemlərinə, səhiyyəyə və infrastruktura artan təzyiqlər. İqlim dəyişikliyi artıq insanların yalnız elmi hesabatlar və gələcək proqnozlar vasitəsilə təcrübə etdiyi bir şey deyil. Biz bunu görürük, hiss edirik və getdikcə bunun əvəzini ödəyirik.

Ən həssas ölkələr, xüsusən də kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün təhlükə daha böyükdür. Tək bir fəlakət bir neçə saat ərzində evləri, infrastrukturu və illərlə əldə olunmuş inkişafı məhv edə bilər".

Muxtar Babayev əlavə edib ki, son zamanlar Nepal və Çində, eləcə də dünyanın digər hissələrində icmalara təsir edən fəlakətlər ekstremal hadisələrin artan insan və iqtisadi itkilərini bizə bir daha xatırladır:

"Son onilliklər ərzində 12 000-ə yaxın hava, iqlim və su ilə bağlı fəlakət iki milyondan çox insanın həyatına son qoyub və 4.3 trilyon dollardan çox iqtisadi itkiyə səbəb olub.

Bu fonda inkişaf etməkdə olan ölkələrin 2030-cu ilə qədər adaptasiya üçün illik 300 milyard dollardan çox vəsaitə ehtiyacı var, beynəlxalq maliyyə axınları isə lazımi məbləğin yalnız kiçik bir hissəsini təşkil edir.

Eyni zamanda, qlobal hərbi xərclər illik üç trilyon dollara yaxınlaşır, halbuki davamlı infrastruktura yatırılan hər bir dollar təxminən dörd dollar mənfəət gətirə bilər.
Regionumuz üçün Xəzər dənizinin səviyyəsinin düşməsi hər ötən il daha həyəcanverici həddə çatır; ekosistemlərə, icmalara, gəmiçiliyə və iqtisadi fəaliyyətə təsir göstərir.

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan bu çağırışı regional və beynəlxalq gündəlikdə daha yuxarı pillələrə qaldırmaq və Xəzəryanı dövlətlər arasında dialoqu möhkəmləndirmək üçün çalışır.

Ortada olan su mənbələri birgə məsuliyyət tələb edir. Üç milyarddan çox insan sərhədkeçən çay və göl hövzələrində yaşayır və iqlim dəyişikliyi bu birgə resurslara artan təzyiq göstərir.

Bizim vəzifəmiz birgə istifadə olunan suların gərginlik mənbəyinə çevrilməməsini, əksinə, əməkdaşlıq, sabitlik və birgə rifahın hərəkətverici qüvvəsi olmasını təmin etməkdən ibarətdir".
Dünən, 13:40
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:39
Bu il birinci sinfə gedəcək uşaqların sayı məlum oldu
Dünən, 13:27
Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
Dünən, 13:00
Qazaxıstana gəmi ilə gedə biləcəyik - ŞAD XƏBƏR
Dünən, 12:43
Azərbaycanda qiymətlər 5,7% artıb
Dünən, 12:30
Ceyhun Bayramov: "İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlar üzərində təzyiqi artırır"
Dünən, 12:15
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Dünən, 12:00
Xalq artisti Zaur Rzayevin VƏZİYYƏTİ AÇIQLANDI
Dünən, 11:36
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsinin rəsmi açılışı olub
Dünən, 10:38
Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır
8-09-2026, 14:33
Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?
8-09-2026, 14:29
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM
8-09-2026, 14:00
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırdı - FOTO
8-09-2026, 13:30
Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO
8-09-2026, 13:07
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
8-09-2026, 13:00
PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
8-09-2026, 12:12
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO
8-09-2026, 12:08
"Azərbaycanda sel-daşqın hadisələri 10-15 dəfə artıb" - ADSEA rəsmisi
8-09-2026, 11:14
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
8-09-2026, 10:30
Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
8-09-2026, 09:30
UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları
7-09-2026, 16:16
Bakıda bu evlər söküldü - FOTO
7-09-2026, 16:12
Azərbaycanda pul bazası artdı
7-09-2026, 16:11
Kanaldan meyit tapıldı
7-09-2026, 15:30
Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
7-09-2026, 15:26
Mustafa Qurbanlı: "Dronlar energetika sənayemizin vacib hissəsinə çevrilir"
7-09-2026, 15:00
Vətən müharibəsi ilə bağlı film ekranlara çıxır