Mərkəzi Bankın nəzarəti sərtləşir: Maliyyə qrupları da diqqətdə olacaq
İqtisadiyyat
17 sen 2026 | 10:45
Mərkəzi Bankın nəzarəti sərtləşir: Maliyyə qrupları da diqqətdə olacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə institutlarına nəzarət səlahiyyətləri genişləndirilir.

Azerimedia.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi risklərini dövri olaraq qiymətləndiriləcək.

Eləcə də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 faiz və ya daha çox artım olduqda) qiymətləndirməni təkrar həyata keçiriləcək.

AMB tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə alınmaqla müəyyən olunacaq:

- maliyyə institutlarının və ya maliyyə qruplarının risk profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və prosedurları;

- ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri;

- maliyyə institutlarının və (və ya) maliyyə qruplarının xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçirilir.
Layihəyə əsasən AMB-nin nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.

Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.

Qeyd olunur ki, AMB nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar AMB-nin sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, AMB-nin maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub