Zakir Nuriyev: “Bankların aktivləri 49 milyard manatı keçib”
İqtisadiyyat
9 yan 2024 | 11:51
2023-cü ilin sonuna Azərbaycan banklarının aktivləri 49,2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 4,5% çoxdur.
Bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda “Nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

“O cümlədən, ötən il bankların iqtisadiyyata kredit qoyuluşu 18,3% artaraq 23,2 milyard manata çatıb. Kreditlərin dollarlaşma əmsalı isə 18,8% təşkil etməkdədir”, - deyə o qeyd edib.

Bundan başqa, ABA sədri deyib ki, bu ilin əvvəlinə banklarda ötən ilin əvvəlinə nisbətən 2,3% çox - 34,6 milyard manat depozit, o cümlədən 9,2% çox - 12,5 milyard manat əmanət olub:

“Depozitlərin dollarlaşma əmsalı 36,4% olsa da, fiziki şəxslərdə bu hədd 33,4% təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 10,7 faiz bəndi və 6,4 faiz bəndi azdır”.

Onun sözlərinə görə, il ərzində bankların kapital mövqeyi də güclənib, sektorun balans kapitalı 8,4% artaraq 6,1 milyard manat olub.

Z.Nuriyev 2023-cü ildə bankların 2022-ci illə müqayisədə 17% çox - 1,1 milyard manat mənfəət əldə etdiyini də qeyd edib.

“Hesabat dövründə bank kartlarının sayı 23% artaraq 16,6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3,1 milyon ədəd olub ki, bunun da 95,4%-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76%-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS terminallarla ödənişlərin isə 91%-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir”, - deyə o qeyd edib.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start