2024-cü ildə Laçında daha 5 SES istismara veriləcək - FOTO/VİDEO
İqtisadiyyat / Video
15 fev 2024 | 11:21
“Alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili yaşıl dünya naminə həmrəylik ili elan edərək COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda yaşıl enerjinin əhatəsi sürətlə genişləndirilir”.

Bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Bildirilib ki, xüsusən də işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır. Belə ərazilərdən biri də Laçın rayonudur və burada “AzərEnerji” tərəfindən silsiləli işlər görülür. Qeyd edək ki, yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır. Belə ki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib. Nəticədə bu günə kimi “AzərEnerji” tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon kilovat-saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.

77 milyon kilovat-saat yaşıl enerjinin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa istehsalı olan ekoturbinlər quraşdırılıb.

Hazırda Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Daha doğrusu, artıq 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. “2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.




Bu gün, 11:58
ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı
Bu gün, 11:19
Bəzi müəllimlərin vakant yer seçiminin nəticələri bilindi
Dünən, 15:54
"Temu"ya qarşı aparılan araşdırma yekunlaşdı
Dünən, 15:45
Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Dünən, 15:11
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Dünən, 15:07
"Araz"da məhsul göstəriləndən baha satılıb
Dünən, 14:39
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edildi
Dünən, 13:40
Ceyhun Bayramov: Bu gün tarixi gündür
Dünən, 13:30
Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq
Dünən, 12:48
Bakıda 23 məktəbə yeni direktor təyin olundu
Dünən, 11:13
Cabbar Musayev Vasif Talıbovun imzaladığı 47 fərmanı ləğv etdi
Dünən, 10:55
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dünən, 10:30
Azərbaycanda bu qurum ləğv olundu
Dünən, 10:20
400 tondan artıq təhlükəli toyuq ətini əhaliyə satacaqdılar - Birgə məlumat
Dünən, 10:00
Ağdamın daha bir kəndinə köç başlayır
Dünən, 09:30
AZAL bilet qiymətlərini endirdi
Dünən, 09:22
Kəlbəcərdə 148 iş yeri açılıb - orta maaş məlum oldu
24-11-2026, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
24-11-2026, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
24-11-2026, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
24-11-2026, 14:20
Metronun iş vaxtı dəyişdirilir
24-11-2026, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
24-11-2026, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
24-11-2026, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
24-11-2026, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
24-11-2026, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
24-11-2026, 12:07
Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib