Azərbaycanda bəzi məhsullar UCUZLAŞIB - SİYAHI
İqtisadiyyat
23 fev 2024 | 18:26
2022 və 2023-cü ildən fərqli olaraq bu il Azərbaycanda tərəvəzlərin ucuzlaşması müşahidə edilib. 2024-cü ilin yanvarında tərəvəzlərin qiyməti bir il əvvəlki tarixlə müqayisədə 7,3 faiz enib.

Qiymət azalması əksər tərəvəz məhsullarında qeydə alınıb.

Azərbaycanda daha çox istehlak edilən tərəvəz məhsulları kartof, baş soğan, ağ kələm, göy lobya, bibər, pomidor, xiyardır. Qiymət fərqlərinə diqqət yetirəndə görürük ki, adıçəkilən tərəvəz məhsullarının çoxu ucuzlaşıb.

Əsas tərəvəz məhsulu olan kartofun qiyməti son bir ildə 50 qəpiyə yaxın enib. Ötən ilin yanvarında bir kiloqramı orta hesabla 1,45 manata satılan kartofun dəyəri bu ilin yanvarında 0,95 manata düşüb.

Baş soğan da ucuzlaşıb. Bir il əvvəl 1,05 manata satılan baş soğanın qiyməti yanvarın sonunda 0,88 manata enib. Ağ kələmin qiymətində də nəzərəçarpacaq fərq var. İl ərzində ağ kələmin pərakəndə satış qiyməti 0,62 manatdan 0,48 manata düşüb.

İstixana şəraitində yetişdirilən tərəvəzlərdə də bu il qiymət azalması görünür. İstixana pomidorunun qiyməti bir il ərzində 3,3 manatdan 2,5 manata, xiyarın qiyməti isə 4,05 manatdan dəyəri 2,77 manata enib.

Digər tərəvəz məhsullarından badımcanın qiyməti 4,2 manatdan 2,45 manata, göy lobyanın qiyməti 3,3 manatdan 2,1 manata, şirin bibərin qiyməti 2,85 manatdan 2,35 manata, quru noxudun qiyməti 5,4 manatdan 4,8 manata, quru lobyanın qiyməti 5,05 manatdan 4,9 manata düşüb.

Qeyd edək ki, tərəvəzlərin ucuzlaşması Azərbaycan istehlakçısı üçün önəmli haldır. Çünki əhalinin həm ümumi xərclərində, həm də ərzaq məhsullarının alışına çəkilən xərclərdə tərəvəzlərin payı yüksəkdir. Məsələn, 2022-ci ildə əhalinin pərakəndə ticarət müəssisələrində tərəvəzlərə xərclədiyi pul 7,1 milyard manat olmaqla digər mal qruplarının hamısından çox olub. 2020-ci ildə isə bu məbləğ 3,2 milyard manat idi. Cəmi iki ildə tərəvəzlərə xərclənən pulun bu qədər artmasının səbəbi məhz bahalaşma ilə bağlı olub. Ümid edək ki, 2024-cü ildə tərəvəzlərin qiyməti əlverişli səviyyədə olacaq
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start